"Sabah" AK-da ikinci matçına çıxacaq
Bu gün kişi basketbol klublarının mubarizə apardığı Avropa Kubokunun əsas qrup mərhələsində ikinci turun oyunları keçiriləcək. Ölkəmizi bu turnirdə təmsil edən və G qrupunda yer alan Azərbaycan çempionu "Sabah" klubu hesabat turu çərçivəsində Yunanıstan təmsilçisi "Marussi" klubunu qəbul edəcək. Qarşılaşma bu gün saat 19:00- da Bakı İdman Sarayında başlayacaq. Qrupda keçiriləcək digər oyunda isə İsveçin "Norrcepinq Dolfins" klubu Belçikanın "Spiru"sunu qəbul edəcək (20:00).
Xatırladaq ki, "Sabah" birinci turda səfərdə "Spiru"ya minimal hesabla uduzub - 81:82.
Birinci turun digər matçında isə "Marussi" evdə "Norrcepinq Dolfins"- fərqli hesabla üstələyib - 99:80.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.