Veteran pəhləvanlarımız DÇ-dan 4 medalla qayıdıblar
Oktyabrın 8-dən 13-dək Xorvatiyanın Poreç şəhərində veteran güləşçilər arasında dünya çempionatı keçirilib.
6 gün davam edən mundialda Azərbaycan pəhləvanlari da iştirak ediblər. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, təmsilçilərimizdən 4 nəfəri daha inamla güləşərək fəxri kürsüyə qalxıb. A kateqoriyasında sərbəst güləş üzrə yarışlarda Cəlal Süleymanov (62 kq) və Elçin Həsənov (70 kq), yunan-Roma güləşi üzrə yarışda isə Elgiz Məmmədov (100 kq) bürünc medal qazanıb. C kateqoriyasında isə sərbəst güləşdə Cəlal Abdulov (130 kq) dünya üçüncüsü olub.
Mundialda III dərəcəli beynəlxalq hakim Kamran Baxışovla və milli dərəcəli hakim Qədim Qurbanov ədaləti qoruyub. Baxışov II, Qurbanov isə III kateqoriyaya yüksəlmək üçün imtahan verib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.