Fransada 31 ildən sonra “Qızıl bayquş”un ovu başa çatıb
Fransada 31 ildən sonra tarixin ən uzun sürən xəzinə ovu oyunlarından biri başa çatıb.
Bu barədə oyun iştirakçıları üçün tapmacalardan ibarət “Qızıl bayquşun izi ilə” kitabının müəlliflərindən biri Mişel Bekker məlumat verib.
Oyunun şərtlərinə görə, maraqlananlar Fransanın Avropa hissəsinin ərazisində gizlədilən bürünc bayquş heykəlcikini aşkar etmək üçün 1993-cü ildə nəşr olunmuş kitabda yer alan 11 tapmacanı həll etməli idilər. Müəlliflər bu heykəlciyi və tapmacaların həllinin sübutunu təqdim edən qalibə oyun başlayanda bir milyon frank (təxminən 150 min avro) dəyərində qiymətləndirilən əsl qızıl bayquşu verəcəyini vəd ediblər.
“Qızıl Bayquş 2024-cü il oktyabrın 2-dən 3-nə keçən gecə kəşf edildi”, – Bekker özünün YouTube kanalında qısa videoda elan edib. O qeyd edib ki, 31 ildən artıqdır ki, dünya üzrə yüz minlərlə oyunçu bayquşun axtarışında iştirak edib və “onun yüksəlişi onun həvəsə çevrildiyi insanlar arasında güclü emosiya dalğası yaradıb”.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.