İbrahim Yusubov dünya çempionu, Ramiz Həsənovsa ikincisi olub
12-13 oktyabr günlərində Xorvatiyanın Porece şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının həlledici final mərhələsi keçirilib. Bu yarışda Azərbaycanı baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Ramiz Həsənov (80 kq) və İbrahim Yusubov (90 kq) cütlüyü təmsil edib. Cutluyumuzdən Yusubov müvafiq ardıcıllıqla Moldova, Ukrayna və Macarıstan idmançısını məqlub edərək yarımfinala yüksəlib. O, bu mərhələdə yenidən Ukrayna, finalda isə Moldova təmsilçisini məğlub edərək birinci yeri tutub.
Fransa, Gürcüstan, Serbiya və Yunanıstan təmsilçisindən güclü olan Ramiz Həsənov isə yalnız həlledici finalda büdrəyərək ikinci yeri tutub.
Bu final mərhələsindən sonra bütün mərhələlərdə qazanılan xallar toplanıb və yekun nəticə bəlli olub. Azərbaycan pəhləvanı İbrahim Yusubov yekun nəticədə də birinci olmaqla çempionluq titulunu qoruyub və üçqat dünya çempionu olub.
Ramiz Həsənov isə dünya ikincisi adına layiq görülüb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.