Azərbaycan "millisi" evdə Slovakiyanı qəbul edəcək
Bu gün futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsində dördüncü tura start veriləcək. Turnirin C1 liqasında mübarizə aparan və bundan əvvəl keçirdiyi hər üç oyunda 2 top fərqiylə uduzan Azərbaycan 'millisi" hesabat turu çərçivəsində Slovakiyanı qəbul edəcək. Saat 20:00- da Tofiq Bəhramov adına respublika stadionunda başlanacaq oyunun taleyi norveçli referi Roxim Saqqiyə həvalə olunub.
Bu gun Azərbaycanın yer aldığı qrupda baş tutacaq daha bir oyunda isə Estoniya komandası İsveç millisini qəbul edəcək. Görüş saat 23:45-də Azərbaycanın bu günlərdə Tallində Estoniyaya 1:3 hesabla məğlub olduğu "A Lə Kök Arena"da başlanacaq.
Xatırladaq ki, 1-ci turda evdə İsveçə (1:3), 2-ci turda səfərdə Slovakiyaya (0:2) və 3-cu turda səfərdə Estoniyaya (1:3) məğlub olan Azərbaycan adət etdiyimiz kimi yenə də yer aldığı qrupda sonuncu pillədə möhkəmlənib.
Qrupda vəziyyət belədir:
1. İsveç 3 2 1 0 8:3 7
2. Slovakiya 3 2 1 0 5:2 7
3. Estoniya 3 1 0 2 3-5 3
4. Azərbaycan 3 0 0 3 2:8 0
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.