BƏƏ-də Usanqi gümüş, Fətiyevsə bürünc medal qazanıb
Azərbaycan Böyük Dəbilqədə beşinci olub
11-13 oktyabr günlərində BƏƏ-nin paytaxtı Abu-Dabidə kişi və qadın cüdoçular arasında reytinq xarakterli Böyük Dəbilqə turniri keçirilib. Azərbaycan da daxil olmaqla 29 ölkəni təmsil edən 219 (150 kişi və 69 qadın) cüdoçunun mubarizə apardığı turnirin son günü də yiqmamiz üçün uğurlu olub. Belə ki, don gundə iki çəki dərəcəsində çıxış edən 4 cudocumuzdan ikisi daha inamla güləşərək mükafatçıar sırasında yer alıb. Medallardan biri gümüş, digəri isə bürünc əyarlı olub. Gümüş medal ən ağırmız olan və yalnız həlledici finalda rusiyalı Valeri Endovitskiyə uduzan Usanqi Kokuarinin, bürünc isə kiçik finalda macar cüdoçu Piter Dağlarını məğlub edən Murad Fətiyevin (90 kq,) aktivinə yazılıb. Bununla da Azərbaycan BƏƏ Dəbilqesini 4 (1-1-2) medalla başa vurub. Bu nəticə ilə Xorvatiya, Tacikistan, Gürcüstan, Monqolistan, Serbiya, Qazaxıstan, Braziliya, Özbəkistan, Macarıstan, Yaponiya və İtaliyani geridə qoyan Azərbaycan komanda hesabında 5-ci yeri tutub. Bu turnirdə Azərbaycanı yalnız Hollandiya (2-3-3), Fransa (2-3-2), Almaniya (2-0-0) və BƏƏ (2-0-0) qabaqlayıb.
Xatırladaq ki, turnirin ilk iki günündə isə Zəlim Tskayev (81 kq) qızıl, Acelliya Toprak (57 kq) isə bürünc medal qazanıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.