Cüdoçumuz Zəlim Tskayev Böyük Dəbilqənin qalibi olub
Oktyabrın 11-də BƏƏ-nin paytaxtı Abu-Dabidə kişi və qadın cüdoçular arasında startı verilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi reytinq xarakterli Böyük Dəbilqə turniri davam edir. Start günündə yiqmamizin bir bürünc medal qazandığı turnirin ikinci günü daha bir cüdoçumuz inamla güləşərək fəxri kürsüyə qalxıb. Söhbət 81 kq-da tatamiyə çıxan Zəlim Tskayevdən gedir. Qeyd edək ki, mübarizəyə qatıldığı 1/8 finalda macar cüdoçu Batanda Tatani, 1/4-də rumın Adrian Sulkai məğlub edən cüdoçumuz yarımfinal və finalda isə Gürcüstan təmsilçiləri - Dimitri Qoqilaidzeni və Zaur Davalasvilini məğlub edərək turnirin qalibi olub. Təəssüflər olsun ki, bu çəkidə çıxış edən digər təmsilçilərimiz - Ömər Rəcəbov isə starda italiyalı Vincentso Pelliqrini udsa da, 1/4-də İJF təmsilçisi olan erməni David Karapetyanla bacarmayıb. Təsəlliverici görüşdə isə Nuqzar Tatalasviliyə (BƏƏ) uduzaraq turnirlə əliboş vidalaşıb.
Turnirin ikinci günü 73 kq çəki dərəcəsində çıxış edən cüdoçularımız da yarışı medalsız başa vurub. Bu çəkidə Rəşid Məmmədəliyev iki qələbənin ardından 1/4-də erməni Karen Qalstyana (İJF) boyun əyib. Ardından təsəlliverici görüşdə qalib gəlsə də, bürünc uğrunda görüşdə yaponiyalı Tatsuki İşixareyə uduzub. 73 kq-da tatamiyə çıxan
Nəriman Mirzəyev isə elə startdaca yaponiyalı İşixareyə uduzub .
Xatırladaq ki, Azərbaycan da daxil olmaqla 29 ölkəni təmsil edən 220 cüdoçunun mübarizə apardığı turnirin ilk günü Azərbaycan yığmasının üzvü Aceliya Toprak (57 kq) bürünc medal qazanıb.
Qeyd: Turnirdə hər çəkidə ilk üç yeri tutan cüdoçu müvafiq olaraq 1000, 700 və 500 reytinq xalı qazanmış olacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.