Azərbaycan millisi yenə məğlub olub
Dünən Azərbaycan millisinin də mübarizə apardığı futbol üzrə Millətlər Liqasının seçmə qrup mərhələsində üçüncü turun oyunları keçirilib. Sükanı portuqaliyalı qoca Fernandu Santoşun əlində olan Azərbaycan millisi bu tur çərçivəsində Estoniya yığmasının qonağı olub. Qeyd edək ki, Santoşun rəhbərliyi altında üçüncü dəfə meydana çıxan millimiz əvvəlki iki oyunda olduğu kimi yenə də iki top fərqiylə uduzub.
Yeri gəlmişkən, Tallindəki "A Le Kök Arena"da baş tutan və taleyi irlandiyalı referi Robert Xarviyə tapşırılan oyun meydan sahiblərinin xeyrinə olmaqla 1:3 hesabla bitib. 32-ci dəqiqədə ev sahiblərindən Olan Jakovlev hesabı açıb - 1:0. 45+1 dəqiqədə Tural Bayramov penaltı ilə hesabı bərabərləşdirib - 1:1. Bundan bir dəqiqə sonra (45+2) Vlasiy Sinyavski Estoniyanın yenidən hesabda irəli çıxarıb - 2:1. Matçda don nöqtəni Rokko-Robert Şeyin (71-ci dəq) qoyub - 3:1.
Xatırladaq ki, millimiz birinci turda Bakıda İsveçə 1:3, ikinci turda isə səfərdə Slovakiyaya 0:2 hesabla uduzub.
Beləliklə, üç oyundan sonra aktivinə bir xal belə yaza bilməyən Millimiz, hər zaman adət etdiyimiz kimi, yer aldığı qrupda sonuncu pillədə möhkəmlənib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.