17 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

İsrail Rusiyanın vasitəçiliyini rədd edir

İsrail Rusiyanın vasitəçiliyini rədd edir

İrandan təxliyə edilən Belarus vətəndaşı Azərbaycana təşəkkür edib

İrandan təxliyə edilən Belarus vətəndaşı Azərbaycana təşəkkür edib

Belarus vətəndaşları Azərbaycan vasitəsilə İrandan təxliyə edilib

Belarus vətəndaşları Azərbaycan vasitəsilə İrandan təxliyə edilib

İran danışıqlar istəyir

İran danışıqlar istəyir

Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib

Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

28 May – tarixımizin şanlı səhifəsi

28 May – tarixımizin şanlı səhifəsi

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Rafiq Oday: HƏYATIN YAŞAMA DÜSTURU və yaxud NƏSİLLƏRƏ ÖRNƏK ŞƏXSİYYƏT

1 il əvvəl 453 01

Rafiq Oday:

HƏYATIN YAŞAMA DÜSTURU və yaxud NƏSİLLƏRƏ ÖRNƏK ŞƏXSİYYƏT

Akademik Zərifə xanım Əliyeva - 100

Görkəmli alim, qəlbində vətəninə və torpağına sonsuz məhəbbət hissi gəzdirən vətəndaş, respublikamızı dünyada ləyaqətlə təmsil edən və tanıdan akademik, səmimi, alicənab, qayğıkeş insan, yüksək insani dəyərlərə malik həkim, öncə özünə, sonra isə ətrafdakılara qarşı tələbkar, sözü ilə işi bir olan rəhbər, ömrünü ömürlərə paylayan nurlu və işıqlı şəxsiyyət, Ulu öndər Heydər Əliyevin sədaqətli və dəyanətli ömür-gün yoldaşı, qayğıkeş ana, müzəffər sərkərdə, Ali Baş Komandan İlham Əliyev kimi bir oğulu Azərbaycana bəxş edən Zərifə xanım Əliyevanın 100 illik yubileyi ölkəmizin hər yerində bu gün də ehtiram, sevgi və sayğı ilə  ilə qeyd olunmaqdadır.

Zərifə xanım Əliyeva 28 aprel 1923-cü ildə Şərur rayonunun Şahtaxtı kəndində, görkəmli alim, Azərbaycan ictimai-siyasi həyatında və səhiyyə tarixində mühüm xidmətləri olan görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açıb, böyük ziyalı və intellektual-mənəvi mühit içərisində böyümüşdü. Əziz Əliyev nüfuzlu, qətiyyətli və vicdanlı rəhbər, vətənini, xalqını sevən bir insan kimi xalq arasında böyük hörmət qazanmışdı. Azərbaycanın elm, ədəbiyyat və incəsənət xadimləri ilə tez-tez elmi-ədəbi diskussiyalar, söhbətlər, görüşlər keçirilən bir evdə böyüyən, Şahtaxtı kəndinin maarifçi mühitinin işıqlı ənənələrindən faydalan Zərifə xanım gözəl ailə tərbiyəsi almaqla yanaşı, musiqi, ədəbiyyat və incəsənətlə yaxından tanış olmuş, müasir, geniş dünyagörüşlü və vətənpərvər bir gənc kimi formalaşmışdı. Zərifə xanım 1942-ci ildə Bakı şəhərində orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olur. Dövr ağır və məşəqqətli idi. Böyük Vətən müharibəsi yenicə başlanmışdı. Bakıda bir çox yerlər hospitala çevrilmişdi. Zərifə xanımıngilin yaşadığı evin yaxınlığında da bir neçə hospital vardı. Bu hospitallar cəbhədən gətirilmiş yaralı əsgər və zabitlərlə dolu idi. Onların müalicəsi üçün tibbi heyət çatışmırdı. Zərifə Əliyeva dərsdən sonra rəfiqələri ilə birgə bu hospitallara gələr, həkimlərə, tibb bacılarına kömək etməyə çalışardı.

Zərifə xanımın həkimlik sənətini seçməsi çox güman ki, atasıhın yolunu davam etdirmək arzusundan doğmuşdu, amma göz həkimliyini ixtisas kimi seçməsi onun xeyirxahlığından, işıqlı, nurlu insan olmasından qaynaqlanırdı. Fitri istedadı, dərin zəkası, geniş dünyagörüşü, yüksək mədəni səviyyəsi ilə ona dərs deyən müəllimlərin, tələbə yoldaşlarının hörmət və dərin rəğbətini qazanan Zərifə xanım institutda təşkil olunan tələbə elmi toplantılarında davamlı olaraq məruzələrlə çıxışlar edir, sərbəst mülahizələr yürüdür, dəyərli nəticələr çıxararaq tanınmış alimlərlə fikir mübadiləsinə qoşulurdu.

1947-ci ildə ali təhsilini başa vurub Moskvadakı Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ikiillik ixtisaslaşdırma kursu keçməsi onun üçün böyük bir məktəb oldu, ixtisasına daha mükəmməl yiyələndi. Beləliklə, 1949-cu ildən etibarən Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə, 1950-ci ildən isə aspiranturaya daxil olmaqla elmi axtarışlara başladı. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktikası ilə məşğul olan Zərifə xanım elmi fəaliyyətinin ilk mərhələsini traxoma xəstəliyinin müalicəsinə həsr etmişdi. O dövrdə bütün dünyada, o cümlədən Azərbaycanda traxoma xəstəliyi geniş yayılmışdı. Ümumdünya Səhiyyə Təşkilatının 400 milyona qədər insanın traxoma xəstəliyinə tutulduğu, 80 milyondan çox adamın korluğa düçar olması ilə bağlı həyəcan təbilləri çalınırdı.

Zərifə xanım apardığı elmi tədqiqat işlərinin nəticəsi olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib tibb elmləri namizədi elmi dərəcəsi alır. Onun təklif etdiyi müalicə metodunun tezliklə bütün respublikada tətbiqinə başlanılır və bu xəstəliyə qarşı mübarizədə ciddi dönüş əldə olunur. Elmi fəaliyyətini real həyatla üzvi surətdə əlaqələndirən Zərifə xanım özünün namizədlik dissertasiyası ilə həm tibb elmini yeni ideyalar və metodlarla zənginləşdirir, həm də yüzlərlə insana nur bəxş edir.  Nəticə etibarilə 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən gənc alimə “Oftalmologiya” ixtisası üzrə baş elmi işçi elmi adı verilir.

Zərifə xanım Əliyeva 1960-cı ildən 1967-ci ilədək Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışır. Elmi tədqiqat işləri ilə paralel olaraq pedaqoji fəaliyyətlə də məşğul olur. 1967-ci ildə oftalmoloq alim Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət alır. Sonra isə kafedranın professoru, daha sonra müdiri vəzifəsində çalışır. Ətrafına istedadlı gənc həmkarlarını toplayaraq elmi-tədqiqat işlərini, kadrların və elmi işçilərin hazırlanmasını müvəffəqiyyətlə təşkil edir. 1968-ci ildən sistemli şəkildə həmin dövrə qədər çox az tədqiq olunmuş görmə orqanının patologiyası məsələləri ilə məşğul olmağa başlayır. Bu illərdə həmçinin müntəzəm şəkildə cərrahiyyə əməliyyatları aparır, xəstələrin müayinə və müalicə ilə məşğul olur.

1976-cı ildə Helmqolts adına İnstitutun İxtisaslaşmış Elmi Şurasında Zərifə xanım Əliyevanın “Azərbaycanın kimya sənayesi müəssisələrində işçilərdə görmə orqanının vəziyyəti” mövzusundakı doktorluq dissertasiyası tibb elminin cəmiyyətlə əlaqəsi baxımından böyük və qətiyyətli addım idi. O, təkcə görmə orqanlarındakı xəstəlikləri deyil, istehsalatda baş verən ictimai və tibbi prosesləri vəhdətdə öyrənmiş, Azərbaycanda ilk dəfə olaraq kimya sənayesi müəssisələrində tibbi laboratoriyalar yaratmışdı. Görkəmli alim uzun illər respublikanın 10-dan artıq iri sənaye müəssisələrində böyük miqyaslı elmi-tədqiqat işləri aparmış, zərərli maddələrin görmə orqanlarına təsir dərəcəsini öyrənmişdir. Aparılan səmərəli elmi-tədqiqat işləri, tətbiq edilən düşünülmüş üsullar həm kimya texnologiyası işçilərinin göz xəstəliklərinin qarşısını almış, həm də istehsalat mühitinin zəhərli maddələrdən təmizlənməsinə vəsilə olmuşdur.

Oftalmologiyanın qlobal problemlərinin elmi həlli yolunda bir sıra konkret təşəbbüslərlə çıxış edən Zərifə xanımın təklifi ilə 1977-ci ildə Bakıda Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilir. Bu plenum Zərifə xanımın Azərbaycanda görmə orqanının peşə patologiyasının tədqiqi üzrə ilk ixtisaslaşmış elmi-tədqiqat laboratoriyasının yaradılması təşəbbüsünü dəstəkləyir. Zərifə xanımın elmi nailiyyətlərinin bir hissəsi də Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutu ilə bağlı olduğundan, onun təklif ilə 1979-cu ildə burada yaradılan və Zərifə xanımın özünün rəhbərlik etdiyi laboratoriya Azərbaycan oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi sayılırdı. Laboratoriyanın tədqiqat bazası Bakı Məişət Kondisionerləri Zavodu idi. Burada klinik və funksional diaqnostika ilə yanaşı, cərrahiyyə bölməsi də fəaliyyət göstərirdi.

“Kəskin virus konyunktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” əsərləri Zərifə xanımın tibb elminə sanballı töhfələridir. Görkəmli alim göz yaşı aparatı xəstəliklərinin öyrənilməsinə də xüsusi diqqət yetirmiş, bu mövzuya həsr etdiyi “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri ilə Azərbaycan lakrimologiyasının banisinə çevrilmişdir. Zərifə xanım tibb elminin nadir sahələrindən olan iridodiaqnostika və iridoterapiya problemlərinə də diqqət yönəltmişdir. Onun bu mövzuda “İridodiaqnostikanın əsasları” və “İridodiaqnostika” monoqrafiyaları dünya miqyasında iridodiaqnostikaya dair ilk kitablar idi.

Zərifə xanımın 1980-ci ildə “Şin istehsalında gözün peşə patologiyası”, “Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası”, “Gözün və göz siniri yollarının yaşla əlaqədar dəyişiklikləri” adlı üç monoqrafiyası çapdan çıxmışdır.

Bu böyük alimin çoxşaxəli elmi fəaliyyəti nəzərə alınaraq 1980-ci ildə ona Əməkdar elm xadimi fəxri adı verilmişdir. 1981-ci ildə kimya istehsalında göz zədələnmələrinin profilaktikasının öyrənilməsi üzrə işləri, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası” monoqrafiyası oftalmologiya sahəsində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür ki, bu da SSRİ-də belə yüksək mükafata layiq görülən ilk qadın alim demək idi.

Moskva alimləri ilə əməkdaşlığı nəticəsində 1982-ci ildə görkəmli alimin “İridodiaqnostikanın əsasları” və “Şəkərli diabet zamanı göz xəstəlikləri” kimi nəhəng işləri işıq üzü görmüşdür. Zərifə Əliyevanın zəngin pedaqoji, elmi və əməli təcrübəsi onun professor N.B.Şulpina və L.F.Moşetova ilə birlikdə qələmə aldığı “Oftalmologiyanın aktual məsələləri” monoqrafiyasında öz əksini tapmışdır. Bu əsər də “Terapevtik oftalmologiya” kimi bu gün də həkimləri təkmilləşdirmə institutunun, tibb institutunun müəllimlərinin, praktik həkimlərin və tələbələrin kitabıdır.

Zərifə xanım Əliyevanın, tibb elmləri doktoru, professor M.Sultanovla birgə hazırladığı, daktriologiyadan bəhs edən və 1983-cü ildə nəşr olunan “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların deyil, həm də fizioloqların diqqətini cəlb etmişdir.

Görkəmli alim tibb elmindəki böyük xidmətlərinə və çoxillik elmi-tədqiqat işlərinə görə 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilir.

160-dan çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin, bir sıra dərs vəsaitlərinin müəllifi olan bu böyük alimin dövlət və xalq qarşısında xidmətləri layiqincə qiymətləndirilmiş, bir sıra orden və medallarla təltif edilmiş, Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

Həmişə peşəkarlığı, sadəliyi, qayğıkeşliyi və səmimiyyəti ilə seçilən oftalmoloq-alimin ideyaları zaman keçdikcə öz aktuallığını daha da artırır, müstəqil Azərbaycanın davamlı inkişafına və yeni uğurlar qazanmasına töhfələr verir. Sağlığında olduğu kimi, bu gün də şöhrəti sərhədləri aşan akademik Zərifə Əliyevanın elm, təhsil və səhiyyə sahəsində qoyduğu izlər əsla silinməmiş, yaratdığı elmi məktəbin nümayəndələri sağlam cəmiyyət naminə çalışmaqla bu gün də insanların gözlərinə işıq verməkdə, oftalmogiya elmini uğurla inkişaf etməkdədirlər.

Bir məsələni xüsusilə qeyd etmək lazımdır ki, Zərifə xanım Əliyeva hər hansı bir işə başlayanda onu heç vaxt elmi dərəcə, yaxud elmi ad almaq, şan-şöhrət qazanmaq düşündürmürdü.  O, son dərəcə təvazökar, həddindən artıq fədakar, vətəni və xalqı üçün daim qurub yaratmağa, ona fayda verməyə can atan, ölkəsinə, xalqına uğur qazandırmağa çalışan alim, həkim, müəllim idi. İşlərinin bu dərəcədə çox olmasına baxmayaraq, heç bir halda vaxt azlığından gileylənməzdi - elmi axtarışlar aparmağa da, beynəlxalq miqyaslı konfrans və simpoziumlar təşkil etməyə də, uşaqları və nəvələri ilə məşğul olmağa da, Azərbaycan xalqının fəxri Heydər Əliyev kimi bir dahinin qayğısını çəkməyə, dayaq olmağa da vaxt tapırdı. Tibb elmində gur çıraq kimi şölələnən, nurundan minlərlə insanın bəhrələndiyi Zərifə xanım Əliyeva fitri istedada malik alim, Ulu Tanrının xalqımıza bəxş etdiyi heyrətamiz dərəcədə pak və nadir insan idi. Geniş dünyagörüşü, yüksək ziyalılığı, tədqiqatçılıq bacarığı ilə hamının rəğbətini qazanan Zərifə xanımım mənalı ömür yolu hər bir azərbaycanlı, elm adamı və tibb işçisi üçün əsl həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

Məqamı gəlmişkən qeyd edim ki, 8 noyabr Azərbaycan xalqının azadlığı, müstəqilliyi, var olması uğrunda fədakarlıqlar göstərən Əliyevlər ailəsinin həyatında əlamətdarlığı ilə seçilən tarixdir. 1954-cü ilin 8 noyabrı Ümummilli lider Heydər Əliyevlə Zərifə xanımın evlilik tarixi, 2020-ci ilin 8 noyabrı isə Azərbaycanın baş tacı Şuşanın işğaldan azad olunduğu, Qarabağ savaşının bitdiyi, Zəfər bayrağının qaldırıldığı, ata vəsiyyətinin yerinə yetirildiyi gündür. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin: “Mən bu gün, eyni zamanda, Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!” – dediyi gündür. “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o həm peşəkar həkim, eyni zamanda çox xeyirxah insan idi. Böyük lider, Ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi. Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur” – bu da Prezident İlham Əliyevin Zərifə xanımı dərin ehtiramla xatırlayaraq dediyi sözlərdir.

Nəsillərə örnək şəxsiyyət Zərifə xanım Əliyeva 1985-ci il aprelin 15-də Moskvada dünyasını dəyişsə də, o tarixdən llər ötsə də onun nurani çöhrəsi, işıqlı xatirəsi insanları nəinki tərk etmir, əksinə,  yeri daha aydın görünür, xidmətləri daha dərindən və daha geniş miqyasda hiss olunur. Dünyamızın belə xeyirxah insanlara dünən də ehtiyacı var idi, bu gün də ehtiyacı var, sabah da ehtiyacı olacaq.

Zərifə xanım Əliyeva xalqımızın qəlbində, vətənimizin yaddaşında, ölkəmizin tarix salnaməsində dünya şöhrətli alim, nümunəvi, qayğıkeş pedaqoq, şəfqətli həkim, səmimi və sədaqətli bir vətəndaş, eləcə də məğrur Azərbaycan qadını kimi əbədi yaşayacaqdır.

Rafiq Oday,

Respublikanın Əməkdar jurnalisti

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Rəsmiyyə Sabir: Dünyaya gəlişiniz qutlu olsun, Nazim müəllim!

Rəsmiyyə Sabir: Dünyaya gəlişiniz qutlu olsun, Nazim müəllim!

John Doe 6 gün əvvəl

Məmməd Əvəzoğlu: Dildarəm mən

Məmməd Əvəzoğlu: Dildarəm mən

John Doe 1 həftə əvvəl

Məmməd Əvəzoğlu: Qalmayıb

Məmməd Əvəzoğlu: Qalmayıb

John Doe 1 həftə əvvəl

"Çeşmə" Ədəbi Məclisinin növbəti tədbiri keçirildi

"Çeşmə" Ədəbi Məclisinin növbəti tədbiri keçirildi

John Doe 2 həftə əvvəl

Məmməd Əvəzoğlu: Dostuyam

Məmməd Əvəzoğlu: Dostuyam

John Doe 2 həftə əvvəl

Məmməd Əvəzoğlu: Sənin ayaq izlərin

Məmməd Əvəzoğlu: Sənin ayaq izlərin

John Doe 3 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib

İlham Əliyev minifutbol üzrə dünya çempi...

2 iyun 2025 20:53:35
• Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar}

Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil...

28 may 2025 13:18:39
• ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub}

ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakis...

28 may 2025 10:58:48
• Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməyə hazırlaşır}

Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməy...

28 may 2025 10:43:12
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com