"Sabah" Avropa Kubokuna da məğlubiyyətlə başlayıb
Dünən kişi basketol klublarının mübarizə apardığı Avropa Kuboku uğrunda yarışların əsas qrup mərhələsinin oyunlarına start verilib. Qeyd edək ki, cari mövsümdə Avrokubok yarışlarına Çempionlar Liqasının təsnifat mərhələsindən başlayan və məğlub olaraq Avropa Kuboku uqrunda turnirin əsas mərhələsinə düşən və G qrupunda yer alan Azərbaycan çempionu adını daşıyan "Sabah" klubu həmin gün Belçikada yerli "Spiru"nun qonağı olub. Görüş cəmi bir xal fərqiylə ev sahibinin xeyrinə başa çatıb - 82:81 (24:26, 25:16, 18:20, 15:19).
Hissələrdən də göründüyü kimi, "Sabah" yalnız ikinci hissədə (25:16) üstünlüyü əldən verib. Bu isə matçın müqəddəratını həll edib. Qrupda keçirilən digər oyunda isə "Marussi" (Yunanıstan) evdə "Norrcepinq Dolfins"i (İsveç) məğlub edib - 99:80.
Yeri gəlmişkən, "Sabah" oktyabrin 16-da ikinci tur çərçivəsində Yunanıstan təmsilçisini qəbul edəcək. Oyun Bakı İdman Sarayında keçiriləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.