Rusiya qoşunları Donetsk vilayətində Toretskə daxil olub
Rusiya qoşunları Donetsk vilayətinin Toretsk şəhərinin şərq hissəsinə daxil olub.
Bunu Ukrayna hərbi komandanlığı təsdiqləyib. “Luqansk” əməliyyat-taktiki qrupunun nümayəndəsi bildirib ki, şəhərdə vəziyyət “çox qeyri-sabitdir” və “hər bir binanın yaxınlığında döyüşlər gedir”.
Toretskin şərq kənarındakı yaşayış məntəqələri - Pivniçnoe, Jeleznoye, Drujba və Pivdennıye tamamilə və ya demək olar ki, tamamilə Rusiyanın əlindədir.
Toretsk yaxınlığında vəziyyət bir neçə aydır ki, ağır olaraq qalır: şəhərin kənarında toqquşmalar hələ avqust ayında bildirilirdi. Lakin son bir ayda Moskva şəhərə qarşı hücumlarını gücləndirib. Sentyabrın sonundan etibarən rus qoşunları yüksək dağıdıcı gücə malik idarə olunan bombalardan geniş istifadə edərək, Toretskə doğru irəliləyir.
Kremlin hərtərəfli işğalının əsas hədəfi olan Ukraynanın şərqindəki vəziyyət də ötən həftə Vüqlədarın ələ keçirilməsindən sonra getdikcə mürəkkəbləşir.
Uqledar kimi, Toretsk də 2014-cü ildə Rusiya tərəfindən ələ keçirilən Ukrayna ərazilərinə yaxın yerləşdiyi üçün 10 ildən artıqdır ki, cəbhə bölgəsi şəhəridir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.