İran İsrailin Nevatim və Hatzerim aviabazalarına zərbələr endirib
İran Nevatim və Hatzerim hava bazaları da daxil olmaqla bir neçə İsrail hərbi obyektinə raket zərbələri endirib.
Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) bəyanatında deyilir.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü bildirib ki, “Doğru vəd 3” əməliyyatının 17-ci mərhələsi işğal olunmuş ərazilərdə hərbi komplekslər, müdafiə müəssisələri, komanda mərkəzləri, İsrail rejiminin hərbi əməliyyatlarına dəstək verən şirkətlər, həmçinin Nevatim və Hatzerim hava bazaları da daxil olmaqla bir sıra hədəflərə qarşı həyata keçirilib.
Onun sözlərinə görə, Beerşeba, Təl-Əviv və Hayfaya endirilən zərbələr onu göstərir ki, “[İsrail] rejiminin cinayətkar dəstəsi nəhayət cəzalandırılana qədər ballistik raketlərin hücum gücü artacaq”.
Bundan əvvəl Amerikanın “New York Times” qəzeti şəhər merinin müavini Sarit Qolan-Şteynberqə istinadla yazıb ki, İranın raket hücumu nəticəsində Hayfa şəhərinin əsas limanı (İsrail) yaxınlığındakı binalar zədələnib.
“Hayfa merinin müavini bildirib ki, İran raketinin yaxınlığa düşməsi nəticəsində şəhərin əsas limanı yaxınlığındakı binalar zədələnib”, - məqalədə qeyd edilir.
İsrailin təcili yardım xidmətinin Magen David Adom (MDA) mətbuat xidmətinin məlumatına görə, İran tərəfdən raket hücumu nəticəsində xəsarət alanların sayı 17 nəfərə çatıb və onlara lazımi tibbi yardım göstərilir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.