Fransa Üsamə bin Ladenin oğlunu deportasiya edir
Fransanın daxili işlər naziri Bruno Retaillot Normandiya kəndlərindən birində yaşayan Usamənin oğlu Ömər bin Ladenin deportasiya edildiyini açıqlayıb.
Daxili İşlər Nazirliyinin rəhbəri bildirib ki, 2023-cü ildə Ömər bin Laden sosial şəbəkələrdə terrorizmi təbliğ edən şərhlər yazıb. Nəticədə prefektura rəhbərliyi “Fransanı tərk etmək öhdəliyi” verib və Daxili İşlər Nazirliyi bunu təsdiqləyib.
Ömər bin Ladenin “hər hansı bir səbəbdən” artıq Fransaya daxil ola bilməyəcəyinə zəmanət verən inzibati qadağanın da imzalandığı vurğulanır.
Nazir bunu “milli təhlükəsizlik qərarı” adlandırdı, lakin Ömər bin Ladenin tam olaraq nə vaxt deportasiya edildiyini və dəqiq harada olduğunu açıqlamadı.
Fransanın "Parisien" qəzeti isə yazır ki, Ömər bin Laden hazırda Qətərdədir və oradan deportasiya qərarından apellyasiya şikayəti verib, lakin cümə günü Fransa məhkəməsi bunu rədd edib.
Yerli “Le Publicateur Libre” qəzetinə görə, mübahisəli tvit bin Laden tərəfindən 2023-cü il mayın 2-də, atasının doğum günündə yerləşdirilib.
Ömər hesabının sındırıldığını iddia edir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.