Nadir Ağayevin xatirə turniri başa çatıb
Ölkənin ən güclü yeniyetmə yunan-romaçıları müəyyən olundu
Masallı Olimpiya İdman Kompleksində SSRİ idman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, tanınmış pəhləvan Nadir Yaqub oğlu Ağayevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında yunan-roma güləşi üzrə XXVIII ənənəvi turnirinə yekun vurulub.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyası, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Rusiya Federasiyasının Əməkdar məşqçisi, Şimal-Qərb dairəsi üzrə Güləş Federasiyasının prezidenti Məşkur Qasımovun dəstəyilə keçirilən turnir iki gün (5-6 oktyabr) davam edib.
Turnirdə 2008-2010-cu il təvəllüdlü güləşçilər 10 çəki dərəcəsində mübarizə aparıb.
Dünya Güləş Birliyinin təsdiq etdiyi qaydalara uyğun olaraq AGF-nin hakimlər heyəti tərəfindən idarə edilən yarışlarda respublikanın rayon və şəhərlərindən 24 komandanın tərkibində 230 yeniyetmə yunan-romaçı qüvvəsini sınayıb.
Masallı güləşçilərindən Elmin Abbasov (48 kq) birinci, Bəybala Məmmədov (92 kq) ikinci, lənkəranlı idmançılardan isə Yusif Mirzəyev (45 kq), Hüseyn Rəcəbli (48 kq), Amin Liftiyev (110 kq) üçüncü mükafata sahib olublar.
Qalib idmançılar təşkilat komitəsi və sponsor tərəfindən müvafiq dərəcəli diplom, medal və pul mükafatları ilə təltif ediliblər.
Komanda hesabında “Təhsil” (Sumqayıt) birinci, “ROİL” (Bakı) ikinci, “Lokomotiv” (Bakı) komandası isə üçüncü yerə layiq görülüb.
Yarışların keçirilməsində göstərilən dəstəyə görə bir qrup şəxsə təşkilat komitəsinin “Təşəkkürnamə”ləri təqdim olunub.
Turnirin keçirilməsində məqsəd Nadir Ağayevin keçdiyi şərəfli idman yolunun təbliği, yeniyetmələr arasında yunan-Roma güləşi idman növünün inkişafı və kütləviliyi, onların vətənpərvərlik ruhunda tərbiyəsi, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, eləcə də yeniyetmələrdən ibarət ölkə yığma komandasına namizədlərin seçilməsidir.
Akif AĞAYEV.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.