17 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

İsrail Rusiyanın vasitəçiliyini rədd edir

İsrail Rusiyanın vasitəçiliyini rədd edir

İrandan təxliyə edilən Belarus vətəndaşı Azərbaycana təşəkkür edib

İrandan təxliyə edilən Belarus vətəndaşı Azərbaycana təşəkkür edib

Belarus vətəndaşları Azərbaycan vasitəsilə İrandan təxliyə edilib

Belarus vətəndaşları Azərbaycan vasitəsilə İrandan təxliyə edilib

İran danışıqlar istəyir

İran danışıqlar istəyir

Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib

Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

28 May – tarixımizin şanlı səhifəsi

28 May – tarixımizin şanlı səhifəsi

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
1. Ana Səhifə
2. Mədəniyyət
YADA DÜŞƏN XATİRƏLƏR Mədəniyyət

Hüseyn Əfəndi: BAŞIM ÜSTƏ ÇAPAN ATLI

8 ay əvvəl 205 01

Hüseyn Əfəndi

BAŞIM ÜSTƏ ÇAPAN ATLI

Ballada

Gürcüstanda qəhrəmancasına həlak olmuş Əsgər Rahib Məmmədovun xatirəsinə

Əzilə-əzilə yatıb dururduq,

Axşamlar dünyaya baxırdıq evdə

Əkib becərirdik, tikib qururduq,

Adımız-sanımız var idi eldə.

Şeirimiz var idi özümüz təki,

Elə bilirdik ki, daşdan keçəndi.

Biz harda görmüşdük axı Babəki,

Səndən, məndən ötrü başdan keçəndə.

Kinodu, dastandı, nağıldı ömür,

Yaşamaq çətindi, ağırdı ömür.

Yaş yarı olandan sonra inandım,

Bir günə, bir ana bağlıdı ömür.

Adına yazıram bu şərəfi mən,

Bu yası neyləyək, bu yası, qardaş!

Şair ölümüdür – sənin ölümün

İgid ölümüdür qısası, qardaş!

Dərd kimi sel keçdi uzaq obadan...

Sən də gəlib ötdün... ağ atlı belə.

O vaxtdan saz səsi gəlir havadan,

Koroğlu nəfəsi gəlir havadan.

Başımın üstündə çapır atını,

Qaldırın yuxarı gözlərinizi!

Qaldırın yuxarı vətən adını!

O igid gözləyir, gözləyir bizi...

Nə bayatı ovudacaq qəlbini,

Nə torpağın soyuqluğu.

Nəyə vuracaqsan əlini

Yada salacaq bu yoxluğu.

İgid ölümündən addan savayı

Yurd yerində çox şey qalır;

Qapı, baca...

Yarpaq, ağac

İndi daha bir amansız

Xatirədir qaralır.

Yaşa, belə yana-yana –

Əriməyən,

Kiriməyən qəmi yaşa!

Canlı heykəl kimi yaşa!

Şəhid olmaq ər işidi,

Ağlamaq – ana

İnəyi sağ, sonra ağla!

Naxıra qoş, qayıt ağla!

Gəbə toxu!

Toxu, ağla!

Ağıları qızlarından

Gizli saxla!

Ürəyində oxu, ağla!

Səhər-axşam əlin işdə...

Soyumasın əlin işdən.

Oğul dedin – ulduz dedin

Asılıdı

Yerin-göyün gərdişindən.

Xoş gəlirik bu dünyaya,

Dil veririk oda, suya...

Əmdiyimiz

Süd kimidi taleyimiz –

Haqdan gəlir, haqqa gedir...

Ələnəndə ələyimiz

Sizə qalır əməlimiz

Canımız torpağa gedir...

Orda-burda şeir deyib

Sinəsinə döyən şair:

Düyün düşüb söz içində

Sözü sözə düyən şair...

Oyulurdu öz içindən.

Evə girir, çölə çıxır...

Yerə baxır, göyə baxır...

Yer bir yandan, göy bir yandan,

Bir yandan da ömür sıxır.

O nə şirin layla idi,

O nə şirin nağıl idi.

Hamısı da qədim, boyat...

“Böyü, oğlum!

Oğlum, boy at!”

Yaddaşında çınqıl səsi...

At nalından tökülən od...

Çənlibeldən burum-burum

Qalxıb gələn “Cəngi” səsi...

Oğul səsə çox allandı –

Səsdən tutdu havalandı.

O nə şirin layla idi?!

O nə şirin nağıl idi?

“Biri vardı, biri yoxdu...”

Dünya elə yerindəydi...

Bu dünyada bu oğulun

Yeri yoxdu.

...Bir qarışqa yükünü də

Daşımadım.

Bir bayatı ağrısınca

Yaşamadım.

Üzümü şəklinə

Tutub oğlunun

Şeir oxuyanda anladım bunu;

Duman vardı aramızda

O dumandan keçmək olmur,

Keçmək olmur, xanım ana!

Biz ölürük...

İgid ölmür,

Vallah ölmür, xanım ana!

Nə bayatı ovudacaq qəlbini,

Nə torpağın soyuqluğu.

Nə verəcəyik sənə

Əvəzində bu yoxluğun.

Yaşa belə yana-yana.

Bu əriməz,

Bu kiriməz qəmi yaşa!

Ana kimi çətindisə,

Elə heykəl kimi yaşa!

Qovur indi

Kirpiyində yaşı-yaş,

Gözlərində yaş oynayır,

Yanağında göz yaşı – daş.

Anam belə ağlayırdı,

Nənəm belə ağlamışdı...

Ürəyimdə daş oynayır

Mən o daşı Koroğlunun

Heykəlinə saxlamışdım.

Bu torpaqda hamı yaddı,

Bu ölkədə hamı yaddı –

Dərd gələndə el oluruq.

Doğma nəğmə oxunanda,

İlmələnib, düymələnib

Bir hanaya toxunanda

El oluruq.

Dərd gələndə igid gəlir,

Dərd gələndə aşıq gəlir,

Gözümüzə işıq gəlir,

O igidin, o aşığın

Arxasınca axıb gedən

Sel oluruq...

Əmr verilmişdi:

“Çəkilin geri!

Çəkilin bir azca

Səngisin ara!”

Sel artır...

Dalğalar maşından iri,

Baxmaq olmur dalğalara.

Orda qalanların

Pis-yaxşı yeri,

Nədənsə yapışmaq

İmkanları var.

Geriyə qayıtmaq,

İrəli getmək...

Batmaq... boğulmaq...

Ölüm-itim...

...Berlində heykəlin

Sinəsinə sığınan qız

Çağırırdı,

Çağırırdı o tayda...

Özündən keçdiyin kimi

Keçdin o çaydan.

... İyirmi səkkiz addım vardı

Odla ölüm arasında.

İyirmi səkkiz adam vardı

Suyla ölüm arasında.

Suyun oda dönən günü.

Odun suya dönən günü

Üzü döndü torpağın da

Dalğaların çırpıldığı,

Çevirdiyi daşlar kimi.

...Su qaynayır

Qalxır evdən yuxarı,

Qalxmadığı

Yüksəklikdən yuxarı.

Sudan çox-çox aşağıda

Yaradanın yaratdığı

Alaçıqdan aşağıda

Qutu kimi yellənirdi

Nuhun taxtı.

Sən hardasan, Ağrı dağı?

Sən hardasan, Nuhun baxtı?

Araz keçir Rionidən

Xudafərin körpüsünü yuya-yuya...

Rioni də keçir məndən

Diri dağdan o tərərfə,

Savalandan bu taya.

...Əllər göyə uzalı,

Əllər göyü çağırır

Ələr... əllər azalır,

Sular... sular çoxalır.

Tanrı göydən gəlməliydi,

Bəs bu gələn kimdi, Tanrı?

... Tanımadın məni ölüm!

Tanımadın məni, ümid!

Tanımadın məni...

Tanı!

...Mən deyirəm at minmişdi

Atın rəngi ağappaqdı.

Qılınc, qalxan,

Tapqır, yüyən,

Yəhər,

Üzəngi ağappaqdı.

Başım üstə başılovlu

Çapan atlı haqdı, haqdı.

...Sən gördüyün yuxu idi,

Dalğaların qucağında

Qanına qəltan oğul

“Savalanda

Yatan igid”in ruhu idi.

Düş atından atlı oğlan!

Atı qanadlı oğlan!

Düş atından!

Başımızı iş-güc qatıb

Adamların

Nağıl çıxıb yadından.

Gözümüzün qarşısında

Dəmir-beton heykəllərin,

Ayaq üstə

Uyub-yatan heykəllərin

Tökülən ayaqları-əlləri

Küləklərin ətəyində,

Alaqapıların

Altdan keçirik

Yalanların yedəyində

Arxamızdan

Qovur vaxtın təbili,

İrəlidə

Çəpiklərin “gəl-gəli”...

Boz divarlar uçuq, sökük,

Pəncərələr sınıq-salxaq...

Biz beləcə böyüyürük

Əyri-üyrü pillələri qalxa-qalxa...

Köhnə məktəb otaqları

Köhnəlirlər ağzı günə,

Əllərini göstər mənə!

Kəndimizin uşaqları

Bu qış yenə...

Çağırıram sabahları;

Bizim körpə sabahımız!

Əllərini göstər mənə!

Göstər mənə ürəyini!

Bu qapılar, pəncərələr

Sıxırmı səni?!

...Dünənimiz, bu günümüz

Tariximiz ala-bula...

Gördüyümüz, bildiyimiz

Alayları.

Belə hara yollanırıq?!

Bu torpağın sinəsində

Bayraq olub yellənirik,

Heç sağalmır

Bu torpağın yaraları...

– Düş atından!

Başım üstə çapan atlı

Salam verək, salam alaq.

Gələnləri qarşılayaq,

Gedənləri yola salaq!

“Yaşıl yarpaqlar” (1990)

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

İnci Mirzəyevanın "Rənglərin incisi" adlı fərdi sərgisi açılıb

İnci Mirzəyevanın "Rənglərin incisi" adlı fərdi sərgisi açılıb

John Doe 5 gün əvvəl

Məmməd Əvəzoğlu: Dildarəm mən

Məmməd Əvəzoğlu: Dildarəm mən

John Doe 1 həftə əvvəl

Rənglərlə danışan incəsənət qəhrəmanı

Rənglərlə danışan incəsənət qəhrəmanı

John Doe 1 həftə əvvəl

Məmməd Əvəzoğlu: Qalmayıb

Məmməd Əvəzoğlu: Qalmayıb

John Doe 1 həftə əvvəl

Dövlət Uşaq Filarmoniyası balaca dostlarını təbrik edib

Dövlət Uşaq Filarmoniyası balaca dostlarını təbrik edib

John Doe 1 həftə əvvəl

“Allegro” qəzetinin əsas məqsədi musiqi sənəti sahəsində baş verən yenilikləri işıqlandırmaqdır

“Allegro” qəzetinin əsas məqsədi musiqi sənəti sahəsində baş verən yenilikləri işıqlandırmaqdır

John Doe 1 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib

İlham Əliyev minifutbol üzrə dünya çempi...

2 iyun 2025 20:53:35
• Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar}

Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil...

28 may 2025 13:18:39
• ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub}

ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakis...

28 may 2025 10:58:48
• Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməyə hazırlaşır}

Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməy...

28 may 2025 10:43:12
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com