Gənc cüdoçularımız dünya çempionatında
Oktyabrın 2-də Tacikistanın paytaxtı Düşənbədə gənc cüdoçular arasında dünya çempionatına start verilib. Mundialın ilk günü Azərbaycan yığmasının 6 üzvü 4 çəki dərəcəsində tatamiyə çıxıb. 48 kq-da Könül Əliyeva, 52 kq-da Aydan Vəliyeva və Xədicə Qədeşova, 60 kq-da Nizami İmranov, 66 kq-da isə Məhəmməd Musayevlə İslam Rəhimov mübarizə aparıb. Bunlardan yalnız Vəliyeva və İmranov daha inamla güləşib. Təəssüflər olsun ki, hər iki təmsilçimiz üçüncü yer uğrunda görüşdə məğlubiyyətlə üzləşərək çıxışını 5-ci yerdə başa vurub. Vəliyeva koreyalı Huh Mio ilə, İmranovsa qazaxıstanlı Talqat Orynbassarla bacarmayıb. Təmsilçilərimizdən Musayev isə çıxışını 7-ci yerdə bitirib.
Dünya çempionatı davam edir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.