Donuz taunu İtaliyanın şimalını bürüdü
Fermerlər xəstəliyin yayılmasının qarşısını almaq üçün mal-qaranı kəsməyə məcbur olurlar. Sahibkarlar böyük itkilərlə üzləşirlər. Milan yaxınlığında yerləşən Giovanni Airolinin fermasında 6200 donuz kəsilib.
Hazırda fermaya heç kəs buraxılmır. Burada yalnız işçilər işləyir. Onlar xəstəliyin daha da yayılmasının qarşısını almaq üçün ciddi sağlamlıq protokollarına əməl edirlər.
Sentyabrın əvvəlində 24 donuz taunu qeydə alınıb. Onların əksəriyyəti Lombardiyada müəyyən edilib. Prosciutto istehsalı ilə tanınan Pyemont və Emilia-Romanya bölgələrindəki vəziyyət də narahatlıq doğurur.
Tipik olaraq, xəstəlik əvvəlcə çöl donuzlarına təsir göstərir və sonra demək olar ki, həmişə ölümcül olduğu ev donuzlarına yayılır.
Hazırda donuz sənayesinə dəyən ziyan 500 milyon avro dəyərində qiymətləndirilir. Nüfuzlu əkinçilik lobbisi Coldiretti xəbərdarlıq edib ki, bəzi təsərrüfat sahibləri dolanışıqlarını itirmək riski ilə üzləşirlər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.