"Azərreyl"lər Avropa Kubokunda yarışacaq
10-13 oktyabr günlərində Fransanın Monpelye şəhərində kişi və qadınlar arasında çimərlik voleybolu üzrə Avropa çempionatı keçiriləcək. Dörd gün davam edəcək turnirdə Azərbaycan həm kişilər, həm də qadınlar arasında təmsil olunacaq. Maraqlıdır ki, sözügedən turnirdə ölkəmizin şərəfini eyni adlı klublar - "Azərreyl"lər qoruyacaq.
Qeyd edək ki, yarışın reqlamentinə görə hər komandanın heyəti minimum 4, maksimum 6 nəfərdən ibarət ola bilər. Qrup liderləri birbaşa çempionatın yarımfinalına çıxacaqlar. Qruplarda ikinci və üçüncü olan komandalar isə öz aralarında (A2-B3, A3-B2) yarışacaq və cütlərin qalibləri 1/2 finalda mübarizəni davam etdirəcək.
Yeri gəlmişkən, ötən il Türkiyədə keçirilən analoji çempionatda kişilərin yarışının qalibi Azərbaycanın "Murov Az Terminal" klubu olub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.