Ərdoğan Türkiyəni İsrailin növbəti hədəfi adlandırır
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə sərt xəbərdarlıq edərək bildirib ki, Livandakı quru əməliyyatının nəticələri əvvəlki işğallar kimi olmayacaq. Türkiyə lideri qeyd edib ki, İsrailin təcavüzü Türkiyəyə də təsir edir və o, Vətənini, xalqını və müstəqilliyini qorumaq üçün bu “dövlət terroru”na bütün vasitələrlə müqavimət göstərməyə hazırdır.
“Sərhədlərimizdə işğal, terror və təcavüz baş verir. Biz qanunla idarə olunan dövlətlə deyil, qanla qidalanan və işğaldan qazanc əldə edən qatillərin “sürüsü” ilə məşğuluq”, - Türkiyə prezidenti bildirib.
O, həmçinin vurğulayıb ki, İsrail bir tərəfdən Qəzzada soyqırım, Livanda terror aktları törədir, digər tərəfdən isə region ölkələrini münaqişədə iştiraka təhrik etməyə çalışır. Türkiyə liderinin sözlərinə görə, Fələstin və Livandan sonra “vəd edilmiş torpaq” ideyasına aludə olan İsrail rəhbərliyi baxışlarını türk torpaqlarına çevirə bilər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.