Cüdoçularımız Açıq Avropa Kubokunda 3 medal qazanıblar
28-29 sentyabrda Çexiyanın paytaxtı Praqada Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Açıq Avropa Kuboku turniri keçirilib. İki gün davam edən turnirdə Azərbaycan da daxil olmaqla 34 ölkədən 371 idmançı mübarizə aparıb. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə ölkəmiz yarışda kişilər arasında 6 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunub.
Qeyd edək ki, böyüklərdən ibarət yığmanın böyük məşqçisi Rüstəm Alimlinin rəhbərliyi altında bəlli turnirə qatılan yığmamızın 3 üzvü daha inamla güləşərək mükafatçılar arasında yer alıb. Bununla da yığmamız turniri biri qızıl, ikisi gümüş əyarlı olmaqla 3 medalla başa vurub. Qızıl medalı turnirin ilk günü tatamiyə çıxan və 66 kq-da çıxış edən Rəşad Elkiyev qazanıb. Gümüş medallar isə müvafiq olaraq, turnirin birinci və ikinci günü mübarizəyə qatılan və yalnız həlledici finalda büdrəyən Hüsen Allahyarov (60 kq) və Camal Qamzatxanovun (+100 kq) aktivinə yazılıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.