Masallı cüdoçularının növbəti uğuru
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdindəki Masallı rayon Uşaq Gənclər İdman Məktəbinin cüdoçuları Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə keçirilən yarışlarda uğurla çıxış ediblər.
İdmançılar Lənkəran Olimpiya İdman Kompleksində üç gün (26-28 sentyabr) davam edən kəmər imtahanı, zona birinciliyi və Həzi Aslanovun xatirəsinə həsr olunmuş açıq turnirdə güclərini sınayıblar.
44 cüdoçu kəmər dərəcələri üzrə rəsmi imtahanları uğurla keçərək ACF tərəfindən müvafiq kəmər və sertifikatlara layiq görülüblər.
Masallı cüdoçuları U-15 və U-18 yeniyetmə idmançılar arasındakı region birinciliyində 4 qızıl, 6 gümüş, 10 bürünc medala sahib olublar.
Yarışların üçüncü günündə isə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunlarının qvardiya general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə ənənəvi 40-cı açıq yubiley turnirində Elməddin Mənsimov (50 kq) bürünc medal qazanıb.
Qeyd edək ki, idmançıları yarışlara Masallı UGİM-nin məşqçi-müəllimi, Əməkdar məşqçi Xanağa Quliyev hazırlayıb.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.