Qadın şahmatçılarımız AÇ-da xarici klubların şərəfini qoruyacaq
20-26 oktyabr günlərində Serbiyada kişi və qadın şahmatçıların iştirakı ilə klublararası Avropa çempionatı keçiriləcək. Azərbaycan kişilərin turnirindən fərqli olaraq, qadınların turnirində klub olaraq təmsil olunmayacaq. Elə bu səbəbdən də qadın şahmat yığmamızın aparıcı üzvlərindən Günay Məmmədzadə, Gövhər Beydullayeva və Ülviyyə Fətəliyeva yarışlara qatılmaq üçün xarici klublara üz tutublar. Məmmədzadə ilə Beydullayeva yerli "Sirmium Sremska" klubunun, Fətəliyeva isə Rumıniyanın "Super Çess" klubunun şərəfini qoruyacaq. Reytinq göstəricisinə görə, Rumıniya təmsilçisi iştirakçı 21 komanda arasında 3-cü, Serbiya klubu isə 5-cidir.
Yeri gəlmişkən, kişilərdən ibarət millimizin liderləri - Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Nicat Məmmədv da xarici klublarla anlaşıb. Hər 3 şahmatçımız sözügedən turnirdə Türkiyənin "Bayeqan Pendik" klubunun formasını geyinəcək. Digər kişi şahmatçılarımız isə AÇ-ya qatılacaq "Vüqar Həşimov" klubunda çıxış edəcəklər.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.