"Barselona"nın azarkeşi Çempionlar Liqası matçında nasist çalarları olan plakat daşıyıb
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun “Monako” ilə oyununa klubun azarkeşi nasist çalarları olan plakat gətirdiyi üçün Kataloniya “Barselona” klubunu 10 min avro cərimələmək qərarına gəlib.
Azarkeş tribunada klubun baş məşqçisi Hans-Diter Flikə aid “Flick Heil” yazısı olan pankart asıb.
Həmçinin "mavi qranatlar" "Srvena Zvezda" ilə səfər matçına qonaq biletlərini sata bilməyəcək.
Oyun sentyabrın 19-da baş tutub. Görüş 2:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb. Matç kataloniyalı müdafiəçi Erik Qarsiyanın 11-ci dəqiqədə qırmızı vərəqə alması ilə başlayıb. Bir müddət sonra, 16-cı dəqiqədə “Monako”nun fransalı hücumçusu Manes Akluiç fərqlənib. 28-ci dəqiqədə "Barselona"nın 17 yaşlı hücumçusu Lamin Yamal hesabı bərabərləşdirib. Bu görüşdə qələbə qolunu 71-ci dəqiqədə “Monako”nun 18 yaşlı futbolçusu George İleniçena vurub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.