Türkiyə Bayraktar Kızılelma pilotsuz qırıcısının prototipini uğurla sınaqdan keçirib
Türkiyənin ilk pilotsuz döyüş təyyarəsinin istehsal prototipi Bayraktar KIZILELMA ilk uçuş sınaqlarını uğurla başa vurub.
Şirkət Bayraktar KIZILELMA-nın inkişaf prosesində daha bir mühüm mərhələnin keçdiyini qeyd edib.
Sınaqların növbəti mərhələsi çərçivəsində Türkiyənin şimal-qərbindəki Tekirdağ vilayətinin Çorlu bölgəsindəki Akıncı təlim və sınaq mərkəzindən Bayraktar KIZILELMA PT-3 pilotsuz təyyarəsi havaya qalxıb.
Bayraktar KIZILELMA layihəsi 2021-ci ildə istifadəyə verilib. TC-ÖZB quyruq nömrəli Bayraktar Kızılelma 14 Noyabr 2022-ci ildə istehsal xəttindən çıxdı. İlk uçuşunu 14 dekabr 2022-ci ildə etdi.
İlk uçuş rekord müddətdə - layihənin başlanmasından təxminən bir il sonra həyata keçirilib.
Bayraktar KIZILELMA qısa uçuş zolağına malik gəmilərdən qalxma və enmə qabiliyyəti ilə döyüş meydanında inqilab edə biləcək bir platforma olacaq. Xüsusilə, bu, Türkiyə Hərbi Dəniz Qüvvələrinin TCG Anadolu layihəsinin desant gəmisinə aiddir.
2023-cü ildə Baykar 1,8 milyard dollarlıq ixrac həcminə nail olub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.