30-dan çox ölkə Ukraynanın yenidən qurulmasına yardım bəyannaməsi qəbul edib
Yeddilik Qrupu ölkələri (G7 - ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, Yaponiya və Kanada) və iyirmidən çox başqa ölkə Ukraynanın yenidən qurulmasına yardım haqqında bəyannamə imzalayıb.
Sənəddə ölkələr əvvəllər üzərinə götürdükləri öhdəlikləri təsdiq edirlər. Bəyannamədə deyilir: “Biz bu gün və gələcəkdə Ukraynaya və onun xalqına hərbi, büdcə, humanitar və yenidənqurma dəstəyi göstərməyə sadiqik”.
Digər məsələlərlə yanaşı, sənədə əsasən, dondurulmuş Rusiya aktivləri Rusiya təcavüzünü dayandırana və Ukraynaya vurduğu ziyanı ödəyənə qədər belə qalacaq. Bəyannamədə həmçinin təkrarlanır ki, gələcəkdə Ukraynaya verilən kreditlər Rusiyanın dondurulmuş vəsaitləri hesabına ödəniləcək. Bundan əlavə, ölkənin bərpası üçün özəl vəsaitlərin cəlb edilməsi nəzərdə tutulur.
Bəyannaməni imzalayanların vəd etdiyi yardım mühüm infrastrukturun təmiri və qurulmasına, iqtisadi artımın sürətləndirilməsinə, sosial dayanıqlığın dəstəklənməsinə və prioritet islahatların həyata keçirilməsinə yönəldiləcək.
"Bizim mesajımız aydındır: biz beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində azad, müstəqil, demokratik və suveren, firavan və özünü müdafiə edə bilən Ukrayna yaratmaq kimi strateji məqsədə sadiq qalırıq", - bəyanatda deyilir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.