Putin Ukraynanın atom elektrik stansiyalarına zərbələr endirməyi planlaşdırır
Ukrayna prezidenti Vladimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyası qarşısında çıxışı zamanı bildirib ki, Ukrayna kəşfiyyatı Rusiya prezidenti Vladimir Putinin Ukraynanın atom elektrik stansiyalarına və enerji infrastrukturuna onları enerji sistemindən ayırmaq üçün zərbə endirmək planları barədə məlumat alıb.
“İstənilən raket və ya pilotsuz təyyarə zərbəsi, enerji sistemindəki hər hansı kritik insident nüvə fəlakətinə səbəb ola bilər. Belə bir gün heç vaxt gəlməməlidir. Moskva bunu başa düşməlidir və bu, qismən də sizin təcavüzkara təzyiq etmək əzminizdən asılıdır”.
Zelenski həmçinin Ukraynanın tərəfdaşlarını Rusiya işğalından müdafiə etdiyi üçün ölkəni dəstəkləməyə davam etməyə çağırıb. Onun sözlərinə görə, Rusiya Ukraynada bütün istilik elektrik stansiyalarını və su elektrik stansiyalarının əhəmiyyətli hissəsini məhv edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.