Milan stadionu 2027-ci ildə Çempionlar Liqasının finalını keçirə bilməyəcək
2026/27 mövsümünün Çempionlar Liqasının finalı İtaliyanın Milan şəhərindəki San Siro stadionunda keçirilə bilməyəcək.
Bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, bu müddət ərzində şəhərin yaxınlığında aparılan abadlıq işləri ilə əlaqədar Milan bələdiyyəsi San Siro stadionunun 2027-ci ildə Çempionlar Liqasının finalını keçirə biləcəyinə zəmanət verə bilməz.
“Milandakı finalın təyin edilməməsi və final üçün uyğun yeri seçmək üçün tender prosesinin yenidən başlaması barədə qərar qəbul edilib. Qərarın 2025-ci ilin may-iyun aylarında verilməsi gözlənilir”, - deyə məlumatda bildirilir.
San Siro 1926-cı ildə tikilib və İnter və Milanın doğma stadionudur. Arenada 2026-cı il Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək. Olimpiadadan sonra stadionun yenidən qurulacağı barədə əvvəllər məlumat verilmişdi. San Siro bundan əvvəl iki dəfə, 2001 və 2016-cı illərdə Çempionlar Liqasının finalına ev sahibliyi edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.