Azərbaycan Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının sədri olacaq
İstanbulda Türk Dövlətlərinin Xizək Kurortları İttifaqının yaradılmasına dair memorandum imzalanıb.
Sənədə əsasən, ilk il ərzində Birliyin sədrliyi və baş katibliyi Azərbaycana verilib.
Tədbirdə Azərbaycanın (Şahdağ Turizm Mərkəzi), Türkiyənin (Uludağ), Özbəkistanın (Əmirsoy) və Qazaxıstanın (Şımbulak) dağ kurortlarının nümayəndələri iştirak ediblər.
İclasda iştirakçı dövlətlərin nümayəndələri yaşadıqları dağ kurortlarının potensialı və turizm cəlbediciliyinə dair təqdimatlarla çıxış ediblər.
Tədbirdə turizm sektorundakı tərəqqi fonunda dağ kurortlarının inkişafı, mərkəzlər arasında əməkdaşlığın inkişafı, tərəfdaşlıq əlaqələrinin yaradılması, turist cəlbediciliyinin artırılması, birgə layihələrin hazırlanması, məlumat və təcrübə mübadiləsi, o cümlədən peşəkar mütəxəssislərin formalaşdırılması üçün təlim proqramlarının yaradılması, marketinq strategiyasının hazırlanması, birgə tədbirlərin keçirilməsi, vahid xizək keçidlərinin yaradılması, Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqında iştirakçıların genişləndirilməsi və bir sıra digər məsələlər.
Görüşdə, həmçinin Türkdilli Dövlətlər Təşkilatının “Türk baxışı 2040” və “Türk Dövlətlərinin 2022-2026-cı illər üçün İnkişaf Strategiyası”na uyğun olaraq türk dövlətlərində turizmin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.