Yeniyetmə boksçularımız Belarusdan 7 medalla qayıdıblar
Belarusun Jabinka şəhərində yeniyetmə boksçular arasında keçirilən və Azərbaycan boksçularının da iştirak etdiyi beynəlxalq turnirə yekun vurulub. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə boksçularımız həmin turnirdə uğurla çıxış edərək vətənə 7 (3-2-2) medalla dönüblər. Boksçularımızdan bütün rəqiblərinə qalib gələn İmran Axundov (52 kq), Şahin Aslanov (60 kq) və Səfdər Məmmədzadə (+80 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və qızıl medala layiq görülüb. Yalnız həlledici final döyüşündə büdrəyən Nihat Qasımovla (50 kq) Haqverdi Həsənov (63 kq) gümüş, çıxışını üçüncü pillədə başa vuran Sübhan Babayev (57 kq) və Əflatun İsmiyev (54 kq) isə bürünc medal qazanıblar.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.