"Real" 1 qola 4 qolla cavab verib
İspaniya La Liqasında 6-cı tur çərçivəsində keçirilən oyunlar sırasında maraqlı və diqqət çəkən qarşılaşmalardan biri Madriddəki məhşur "Santyaqo Bernabeu" stadionunda baş tutub. Dünyanın qarandlarından hesab edilən "Real" klubu "Espanyol"u qəbul edib. Qeyd edək ki, ilk yarısı qolsuz bərabərliklə bitən həmin oyunun ikinci hissəsində azarkeşlər qapılara vurulan 5 qolun sahidi olublar. Ən maraqlısı da odur ki, matçın 54-cü dəqiqəsində Tibo Kurtuanın avtoqolu sayəsində "Espanyol" 0:1 hesabla irəli çıxdıqdan sonra "Kral klubu" rəqibin qapısını top atəşinə tutmaqla 1 qola 4 qolla cavab verib. 58-ci dəqiqədə Dani Karvaxal pozulmuş statusu bərpa edib - 1:1. 75-ci dəqiqədə Rodriqo madridliləri hesabda irəli çıxarıb - 2:1. Ardından Vinisius Junior (78-ci dəq) 3-cü, Kilian Mbappe (90-cı dəqiqə, penalti) isə 4-cü qolu vurmaqla hesabı 4:1-ə çatdırıb.
Bu qələbədən sonra "Real" "Barselona"nın (18 xal) vahid liderlik etdiyi yarış cədvəlində 14 xalla ikinci pilləyə yüksəlib. "Espanyol" isə 7 xalla 13-cüdür.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.