Xarici diplomatların korteji hücuma məruz qalıb
Pakistanda, Hayber Paxtunxva əyalətinin Svat rayonunda, xarici diplomatların karvanı keçərkən Malam-Cabba yolunda güclü bomba partlayıb.
Partlayış nəticəsində xarici nümayəndə heyətlərinin karvanını müşayiət edən polislərdən biri həlak olub, daha üç polis isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Pakistan Xarici İşlər Nazirliyinin məlumatına görə, karvanda Rusiya, Qazaxıstan, Türkmənistan, Tacikistan, İndoneziya, Portuqaliya, Bosniya və Herseqovina, Zimbabve, Ruanda, Vyetnam və İran nümayəndə heyətləri olub.
"Partlayışda konstebl Burhan şəhid oldu və sub-müfəttiş Sər Zamin, konstebl Aman Ullah və konstabil Həbib Gül də daxil olmaqla daha üç polis yaralanıb", - departament rəsmisi bildirib.
Partlayışa uzaqdan idarə olunan əldəqayırma partlayıcı qurğu (İED) səbəb olub.
“Bütün səfirlər hücum zamanı təhlükəsiz olublar və İslamabada yola düşməzdən əvvəl təhlükəsiz yerə təxliyə olunublar”, - deyə agentlik bildirib.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.