Azərbaycan komandaları 10-turu qələbəylə bitirib
Qadınlarımız 9-cu, kişilərimizsə 12-ci pilləyə yüksəlib
Macarıstanın paytaxtı Budapeştdə kişi və qadın şahmatçılar arasında keçirilən və Azərbaycan komandalarının da iştirak etdiyi 45-ci Ümumdünya Şahmat Olimpiadası artıq finisin bir addımlığındadir. Qeyd edək ki, isveçrə sistemi üzrə keçirilməklə 11 turdan ibarət olan Olimpiadada artıq 10-cu tura da yekun vurulub. Hesabat turu hər iki komandamız üçün uğurlu olub. Belə ki, qadın yığmamız Monqolistan millisini 2,5:1,5, kişilərimiz isə Kubanı 3:1 hesabla məğlub edib. Qadın millimizin heyətində Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva rəqibini udub. Günay Məmmədzadə rəqiblə sülh bağlayıb, Xanım Balacayeva isə rəqib qarşısında aq bayraq qaldırıb.
Kişi millimizin heyətində isə Aydın Süleymanlı ilə Rauf Məmmədov qələbə qazanıb. Nicat Abbasovla Məhəmməd Muradlısa rəqiblə xal bölüb.
Beləliklə, geridə qalan 10 turdan sonra aktivində 15 xalı olan qadın millimiz 20-ci pillədən 9-cu, kişi yiqmamiz isə 14 xalla 20-dən 12-yə qalxıb. Sentyabrın 22-də 11-ci turla Olimpiadaya yekun vurulacaq.
Yeri gəlmişkən, 10 turdan sonra qadınların yarış cədvəlinə hərəyə 17 xalı olan Hindistan və Qazaxıstan şərikli liderlik edir. ABŞ və Polşa 16 xalla 3-4-cu yerləri bölüşür. Hərəyə 15 xalı olan ispaniya, Ermənistan, Gürcüstan, Macarıstan və Azərbaycan müvafiq ardıcıllıqla 5-9-cu yerləri bölüşür.
Kişilərin yarışına isə 19 xalla Hindistan liderlik edir. Çin 17 xalla ikinci, Sloveniya 16 xalla üçüncü yerdədir. ABŞ, Özbəkistan, Ukrayna, Serbiya, Macarıstan, İngiltərə, Ermənistan və Fransa isə hərəyə 15 xal qazanıb və 5-12-ci yerləri bölüşürlər.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.