FUTBOL
---------------------
"Roma" yanvarda Leonardo Bonuççini almağı planlaşdırıb
İtaliyanın "Roma" klubu qış transfer pəncərəsindən yararlanaraq müdafiə xəttini möhkəmləndirmək niyyətindədir. Qeyd edək ki, "SportMediaset" nəşrinin "Corriere dello Sport"a istinadən yazdığı məlumata görə, romalılar bu məqsədlə də "Union"da forma geyinən italiyalı futbolçu Leonardo Bonuççini gözaltı edib. Mənbə bildirir ki, "canavarlar" hazırda zədəli olan müdafiəçi Kris Smollinqə və Afrika Millətlər Kubokunda oynamaq üçün öz ölkəsinin yığmasına dəvər alan Evan Nidikə tam arxayın deyil. Ona görə də, romalılar belə bir plan düşünüblər.
Xatırladaq ki, Bonuççi bu ilin sentyabr ayında "Union"a keçib və klubla bir illik müqavilə imzalayıb. Yeri gəlmişkən, İtaliyadan olan 36 yaşlı müdafiəçi Berlinin "Union"da 9 oyunda meydana çıxıb və vurduğu bir qolla yadda qalıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.