ABŞ daha iki minaaxtaran iti Azərbaycana təhvil verib
ABŞ-yə təhvil verilən 6 bomba zərərsizləşdirən itdən ikisi Azərbaycana gətirilib.
Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilir.
“Bu gün mən və Danusya aeroportda dördayaqlı qəhrəmanları - Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) komandasını gücləndirmək üçün gələn altı bomba zərərsizləşdirən itdən ikisi Berta və Dumanı qarşılamaq şərəfinə nail olduq. Bu cəsur Marşal itləri öz fədakar ABŞ və Azərbaycan təlimçiləri ilə birlikdə minaların və partlamamış hərbi sursatların təmizlənməsi kimi mühüm missiyanı yerinə yetirərək, Azərbaycan xalqının təhlükəsizliyini qorumağa kömək edirlər”, - ABŞ səfiri Mark Libbi bildirib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.