PÇL-da birinci dövrəyə yekun vurulub
17-18 sentyabr günlərində Azərbaycan Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Peşəkar Çövkən Liqasınında sayca 9-cu olan növbəti turun oyunları keçirilib. Novxanı Atçılıq Mərkəzində baş tutan tura sentyabrın 17-də "Zəfər"-"Ağstafa Dilbaz" oyunu ilə start verilib. Görüş birincinin darmadağın hesablı qələbəsi ilə bitib - 9:0. Günün ikinci oyununda "Sərhədçi" ilə "Embovood" qarşılaşıb. Görüş "Sərhədçi"-nin qələbəsi ilə başa çatıb - 3:0. Günün son matçında "Polad" "Köhlən"i darmadağın edib - 5:0.
Tur sentyabrın 18-də "Omar"-"Qarabağ" matçı ilə davam edib. Cütün qalibi "Omar " olub -3:0. Nəhayət, tura 6:0 hesabla bitən "Elit"-"Şirvan" qarşılaması ilə yekun vurulub. Bu turla liqada birinci dövrəyə də yekun vurulub.
ARAF-dan verilən məlumata görə 10 komandanın mübarizə apardığı PÇL-da sayca 10-cu olan növbəti tura və eləcə də ikinci dövrəyə sentyabrın 24-də start veriləcək. Turun oyunları iki gün davam edəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.