İranlı hakerlər Trampın kampaniyasından oğurlanmış məlumatları Baydenin kampaniyasına göndəriblər
İranlı hakerlər Donald Trampın seçki qərargahından məlumatları oğurlayaraq Co Baydenin seçki qərargahına göndəriblər.
Bu barədə FTB və ABŞ kəşfiyyat agentlikləri məlumat yayıb.
FTB Milli Kəşfiyyat Direktorluğunun birgə bəyanatında deyilir: “Hakerlər könüllü olaraq prezident Baydenin kampaniyası ilə əlaqəli şəxslərə keçmiş prezident Trampın kampaniyasından oğurlanmış, ictimai olmayan materialdan çıxarışları ehtiva edən elektron məktublar göndəriblər”.
Kəşfiyyat orqanlarında mövcud olan məlumata görə, Bayden kampaniyasından heç kim bu məktublara cavab verməyib.
Bütün bunlar bu ilin iyun və iyul aylarında, Bayden namizədliyini geri götürməzdən və onun yerinə Kamala Harris gəlməzdən əvvəl baş verib.
Bəyanatda həmçinin qeyd olunub ki, iyun ayından başlayaraq iranlılar Tramp kampaniyasından oğurlanmış məlumatları Amerika mətbuatına göndəriblər.
ABŞ rəsmiləri hələ avqust ayında bildirmişdilər ki, İran noyabrda keçiriləcək prezident seçkiləri ərəfəsində ABŞ-də ixtilafı artırmağa və vətəndaşların dövlət qurumlarına inamını sarsıtmağa çalışır. Amerika rəsmilərinin həmin bəyanatlarına görə, iranlılar, xüsusən də “sosial mühəndislik” üsullarından istifadə etməklə Respublikaçı və Demokratik partiyaların qərargahlarına birbaşa daxil olmağa çalışıblar.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.