Livanda yenidən partlayışlar baş verib
Livanın şəhərlərində dünən, sentyabrın 17-də peycerlərin partlaması ilə genişmiqyaslı insident zamanı baş verənlərə bənzər partlayış səsləri eşidilib.
Jurnalistlər izah ediblər ki, bu dəfə avtomobillərdə, mənzillərdə və fərdi yaşayış evlərində rabitə vasitələri partlayıb.
Hər şey “Hizbullah” şiə hərbiləşdirilmiş təşkilatının liderlərindən biri Əli Əmmarın oğlunun dəfn mərasimi zamanı başlayıb.
İlkin məlumatlara görə, təşkilat üzvlərinin 500-dən çox rasiya və radioqəbulediciləri partladılıb. Bundan əlavə, Suriyada partlayış səsləri eşidilib.
Peycerlərin ardınca telsizlər və radiolar, noutbuklar və telefonlar partlamağa başladı. Yerli media Beyrut, Bekaa, Nabatiyeh və Livanın cənubunda son bir saatda yüzlərlə insanın yaralandığını yazır.
Yerli sakinlərin sözlərinə görə, mobil telefon mağazalarındakı qadjetlər və evlərdəki avadanlıqlar da partlayır. Respublikanın şəhərlərində yanğınlar başlayıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.