Bakıda İBA Çempionlar Gecəsi keçiriləcək
8 döyüşdən 4-də Azərbaycan təmsilçiləri rinqə çıxacaq
Sentyabrın 28-də Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, qurumun 100 illik yubileyinə həsr olunan bu gecə Milli Gimnastika Arenasında təşkil olunacaq. Gecədə dünyanın ən güclü boksçularının iştirakı ilə 8 döyüş baş tutacaq ki, bu görüşlərin də 4-də Azərbaycan idmançıları iştirak edəcəklər. 51 kq-da Avropa çempionumuz Nicat Hüseynov Con Zulueta (Filippin) ilə üz-üzə gələcək. Dünya çempionatının mükafatçıları Sərxan Əliyevlə (71 kq) Məhəmməd Abdullayev (+92 kq) müvafiq olaraq, Monx-Erdene Urançimeq (Monqolustan) və Kristian Salsedo (Kolumbiya) ilə yumruq döyüşünə çıxacaq.
İBA Çempionlar Gecəsində üçqat dünya çempionumuz və Olimpiya mükafatçısı olmuş Məhəmmədrəsul Məcidov (+92 kq) da rinqə çıxacaq. Onun rəqibi qazaxıstanlı Nursultan Amanjolov olacaq.
Qeyd edək ki, İBA Çempionlar Gecəsi saat 18:00-da start götürəcək
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.