Aysel Qarabəyli Zülfüqar
Sevərək mi zülm edirsən?!
·
Dinsəm, sözlərim qan ağlar,
Sussam əgər, səssizliyim.
Mən bu yaralı ömrümün
Suallarına nə deyim...
Necə deyim, ümidim yox
Daha açılan sabaha...
Necə deyim, şeytan gülsün,
Və mən də batım günaha?!
Allahım, ürək ağrımın
Ritmində yallı gedirsən.
Bağışla məni, amma ki,
Sevərək mi zülm edirsən?!
Mən İsanın taleyini
Bir ömürdə çox kəz daddım.
"İuda" nın əməlinə
baxdım, baxdım
maddım-maddım.
Çarmıxa çəkdi içimdən
Məni bir dünya haqsızlıq.
Gəl bu ölən ürəyimin
Axırına biryolluq çıx.
Yetər ki, sussun əzablar,
Ahım göyə bülənd olub.
Allah, məndə daş səbir var,
Amma o da daha dolub.
Dağılıram dağım-dağım,
Yığ topla məni bir yerə.
Ruhumda açılan yarğan
Dibi görünməyən dərə.
Al ruhumu, yalvarıram,
Səndən gələn Sənə getsin.
Bu zavallı bəndənin də
Son duası Sənə yetsin.
Qəbul elə son duamı,
Vallah, çox da böyük deyil.
Cənnətində də gözüm yox,
Cah-cəlal da mənlik deyil.
Sümüklərimi ovub da,
Səp elə Əraf çölünə.
Mən bu ölümü sevərəm,
Ölümünə, ölümünə...
23 yaşımın şeirlərindən...
23 yaşlı gənc bir qız niyə bu qədər dərd yüklü olsun ki?!🙁
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.