SUBHAN BAQİ:
FƏXR ETMƏYƏ HAQQIN VAR
Hərdən özlüyümdə sual edirəm,
İlləri yaşayıb mən nə etmişəm?
Xəyallar içində batıb gedirəm,
Hardan toparlanıb hara getmişəm?!
Müsavi olubsa əgər günlərim,
Demək mən günümü günə satmışam.
İslah etməyibsə məni illərim,
Demək mən yuxuya dalıb yatmışam.
Oxu əfrafında fırlansa insan,
Addımın irəli atmayıb hələ.
Haqqı, ədaləti bil, dansa, inan,
İnsanlığa gəlib çatmayıb hələ.
Söz danış, sözündən nur səpələnsin,
Feyz aparsın dinləyəndə dost-tanış.
İnam, iman, əqidə ləpələnsin,
Dürr tökülsün ağzından, elə danış.
Baqi, Haqqın damənindən çəkmə əl,
Elindən ilham al, zirvəyə yüksəl.
Bu gün fəxr etməyə haqqın var sənin,
Bax, gör necə vüsət tapır Vətənin.
SUBHAN BAQİ,
09. 09. 2024.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.