Məmməd Əvəzoğlu
Biz nə verək
Yapışıb qopmayır heç üz qarası,
Görəsən xalqa dirənmiş harası?
Çıxır arvad tumanından parası,
Utanıb boz üzünə tutmur ələk,
Səsimiz yoxdur axı, biz nə verək?
Çarə yoxdur demişik, qoy barışaq,
Belə müşgül işə neyçün qarışaq?
Heyimiz varmı dinək, ya danışaq?
Bu qədər vurhavura varmı gərək?
Səsimiz yoxdur axı, bis nə verək?
Millətin qətlə yetirdiz həvəsin!
Aldınız çöl-çəmənin, bağ-bərəsin,
Elə yandımısınız ki, dədəsin!
Bunu heç eyləyə bilməzdi fələk!
Səsimiz yoxdur axı, bis nə verək?
Təbliğat vaxtı beyinlər çatılır!
Bu işə hətta ölənlər qatılır,
Axı bu ölkədə hər şey satılır,
Dedilər verdi filankəs bir ətək,
Səsimiz yoxdur axı, bis nə verək?
Məmməd Əvəzoğlu.30.08.2024.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.