17 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Belarus vətəndaşları Azərbaycan vasitəsilə İrandan təxliyə edilib

Belarus vətəndaşları Azərbaycan vasitəsilə İrandan təxliyə edilib

İran danışıqlar istəyir

İran danışıqlar istəyir

Netanyahu: İsrail İranın nüvə təhlükəsini neytrallaşdırmağa yaxındır

Netanyahu: İsrail İranın nüvə təhlükəsini neytrallaşdırmağa yaxındır

Bəybala Mirzəyev: İslam həmrəyliyi nəyə görə məhz indi molla rejiminin yadına düşüb?

Bəybala Mirzəyev: İslam həmrəyliyi nəyə görə məhz indi molla rejiminin yadına düşüb?

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Levon Mnatsakanyan aprel döyüşləri zamanı Ermənistandan aldığı təlimatları məhkəməyə danışıb

Levon Mnatsakanyan aprel döyüşləri zamanı Ermənistandan aldığı təlimatları məhkəməyə danışıb

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

28 May – tarixımizin şanlı səhifəsi

28 May – tarixımizin şanlı səhifəsi

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Hümbət Quliyev: Paket gəzdirən insan

1 il əvvəl 466 01

Hümbət Quliyev:

Paket gəzdirən insan

( novella)

Həmişə əlində böyük paket gəzdirən bu şlyapalı, yaşlı kişini uzun illər sahildə gəzən görərdilər. Kişi bəstəboylu olduğundan paket az qala yerə çatırdı. Hiss olunurdu ki, paket çox da ağır deyil, amma kişinin paketi hərdən bir əlindən, o biri əlinə ötürməyi göstərirdi ki, paket o qədər yüngül də deyildi.

Hamı kimi mən də o kişini görəndə, düşünmüşəm:

- Görəsən, paketdəki nədir?

Bu insan rahat gəzişdiyi vaxt hansı ehtiyacdan bu iri paketi sərasər əlində daşıyır. Heç kim də görməmişdi ki, bu kişi paketi açıb ordan nəsə çıxartsın, və ya paketdən necəsə istifadə etsin.

Mən özlüyümdə düşünmüşdüm ki, yəqin bu kişinin psixoloji problemi var və o, patoloji hisslə öz paketinə bağlıdır. Ayrı- ayrı cisimlərə insanların patoloji bağlılıqları barədə oxumuşdum.

Sərin payız günü idi. Dəniz dalğalıydı, xəzri əsirdi. Belə havaları çox xoşlayıram.

Sumqayıt Bulvarında dənizin içinə yarım kilometrə qədər daxil olan geniş körpü var- Sumqayıtın dəniz körpüsü. Bura yaxın yerdə Sovet vaxtından

“ Priçal” kafesi olduğundan, bura “priçal” deyənlər də hələ çoxdur. Bu körpünün özüllərini qorumaq üçün körpü boyu, körpünün qıraqlarına betondan çoxsaylı iri dalğaqıranlar düzüblər. Hündür dalğalar körpünün özülünə çatmamış bu dalğaqıranlara dəyib parçalanır və beləliklə, özülə çox yük düşmür.

Xəzri əsən günlər mən körpünün dalğaqıranlara yaxın hissəsində yer tutar və parçalanmış narın dəniz damcılarından ciyərdolusu bəhrələnməyə çalışardım.

Bu gün hava sərin olduğundan insanlar çox deyildi, hərçənd ki, dalğaqıranların üstündə dayanıb balıq tutanlar da vardı. Dalğaqıranların üstündə belə havada dayanmağın təhlükəsini hər balıqçı bilsə də, iri balıq tutmaq ehtirası təhlükə hissini çox vaxt üstələyirdi.

Burnumu dəniz havasına təzə dayamışdım ki, qışqırıq səsi eşitdim:- Suya adam düşüb!

Mən də hamı kimi insanların qaçdığı istiqamətə yeyin getdim.

Suda, paltarlı bir insan çabalayırdı.

Mənzərə çox təhlükəli görünürdü.

Orta yaşlı insan dalğaların ixtiyarında idi. Hər dalğa onu sahilə, dalğaqırana yaxınlaşdırırdı və onun dalğaqıranlardan tutmaq cəhdi hər dəfə boşa çıxırdı . Qayıdan dalğa isə onu sürətlə geri aparır və o, dənizə batıb, çıxırdı. Qıraqdan sözlə ona kömək etmək istəyənlərdən fərqli olaraq mən bu insanın şansı olmadığını dəqiq bilirdim. Hər üzgüçü belə bu vəziyyətdən çıxa bilməzdi. İş ondadır ki, hər dalğa dalğaqırana çatanda, əvvəlki dalğa aşağıdan geri qayıdır və fırlanan su burulğan əmələ gətirir və burulğan insana “badalaq” vuraraq onu aşağı, dibə dartır. Batanın paltarda olması da bir tərəfdən vəziyyəti kritik edirdi. Onun qırıq- qlrıq :- “Kömək edin!” yalvarışı ətrafdakıları həyacanlandırsa da, çarəsizlik hər kəsi sıxırdı.

Kiminsə, elə mənim də xüsusi ləvazimatlar olmadan onu xilas etmək cəhdim batanların sayını sadəcə ikiyə vuracaqdı.

Kimsə Fövqaladə Hallar Nazirliyinə zəng etdiyini desə də, qıraqda duranların içində bəlkə də ən bədbini mən idim. Çıxış yolunun olmadığını, insanın batacağını, bir azdan bura başılovlu qohumların gələcəyini təsəvvür edirdim.

Və qəfil paketli kişi yanımızda peyda oldu və o, hövlanak paketindən uzun ipə bağlanmış xilasedici dairə çıxartdı. O, paketdən fil çıxarsaydı, yəqin mən belə təəccüblənməzdim.

Gənclərdən biri vəziyyəti anında qiymətləndirib dairəni götürüb, ən qıraq dalğaqıranın üstünə çıxıb, onu batanın yanına atdı. Artıq taqətini tam itirmiş batan insan ikinci həmlədən dairəni tuta bildi, bu onun yeganə şansı idi. Digər balıqçıların da köməyi ilə dairədən tutmuş insanı tədricən iplə dartıb qırağa çıxartdılar.

Hamı həyacan dolu sevinclə eyni sözü təkrarlayırdı:- Nəfəs alır, sağdı, şükür…

Ətrafdakı vurhavurda şlyapalı kişi necəsə yanımda ikinci dəfə peyda oldu. Bir neçə insana baxandan sonra, mənim sifətimə etibarla baxıb yavaş səslə dedi:- Düz otuz il bundan qabaq mən yeganə qardaşımı bax belə itirdim. O vaxt kiminsə yanında belə xilasedici dairə olsaydı, onu da xilas etmək mümkün olardı. Həmən o gündən bəri mən dəniz qırağına gələndə, xilasedici dairəni həmişə özümlə daşıyıram.Mən heç vaxt razı ola bilməzdim ki, kimsə mənim yanımda ikinci dəfə batsın!

O, üzünü dənizə döndərib qəmli- qəmli uzaqlara baxdı…

Hümbət Həsənoğlu

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Rəsmiyyə Sabir: Dünyaya gəlişiniz qutlu olsun, Nazim müəllim!

Rəsmiyyə Sabir: Dünyaya gəlişiniz qutlu olsun, Nazim müəllim!

John Doe 6 gün əvvəl

Məmməd Əvəzoğlu: Dildarəm mən

Məmməd Əvəzoğlu: Dildarəm mən

John Doe 1 həftə əvvəl

Məmməd Əvəzoğlu: Qalmayıb

Məmməd Əvəzoğlu: Qalmayıb

John Doe 1 həftə əvvəl

"Çeşmə" Ədəbi Məclisinin növbəti tədbiri keçirildi

"Çeşmə" Ədəbi Məclisinin növbəti tədbiri keçirildi

John Doe 2 həftə əvvəl

Məmməd Əvəzoğlu: Dostuyam

Məmməd Əvəzoğlu: Dostuyam

John Doe 2 həftə əvvəl

Məmməd Əvəzoğlu: Sənin ayaq izlərin

Məmməd Əvəzoğlu: Sənin ayaq izlərin

John Doe 3 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib

İlham Əliyev minifutbol üzrə dünya çempi...

2 iyun 2025 20:53:35
• Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar}

Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil...

28 may 2025 13:18:39
• ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub}

ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakis...

28 may 2025 10:58:48
• Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməyə hazırlaşır}

Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməy...

28 may 2025 10:43:12
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com