Əli İbrahimbəyli:
Mövlanadan 20 QIZIL ÖYÜD
17 dekabr İslam və təsəvvüf dünyasında tanınmış şair, mövləvi yolunun öncülü, vəhdəti-vücud (panteizm) fəlsəfəsinin tanınmış nümayəndəsi, Şəms Təbrizinin şagirdi, dostu və davamçısı böyük Sufi alim, filosof Mövlana Cəlaləddin Ruminin (30 sentyabr 1207, Bəlx – 17 dekabr 1273, Konya) anım günüdür.
Mövlanadan 20 QIZIL ÖYÜD:
1. Ağıl sonradan ah çəkmək üçün deyil, əvvəlcədən düşünüb tədbir görmək üçündür.
2. Bəzən bitmək bilməyən dərdlər yağış olur üstünə yağır. Amma unutma ki, rəngarəng göy qurşağı da yağışdan sonra çıxır.
3. Bəzən öz səsini eşidə bilməyin üçün susmağın lazımdır.
4. Bildiyin nə qədər çox olur-olsun, qarşındakının anlaya biləcəyi qədər anlada bilərsən.
5. Səssiz qalmaq, bir şey bilmədiyin mənasını verməz, çox danışmaq da çox şey bildiyini göstərməz.
6. Bir adamın bir çox bacarıq, fənd, məlumat sahibi olduğuna baxma! Verdiyi sözdə dayanırmı? Vəfası varmı? Əsl ona bax!
7. Bir insanın necə güldüyündən tərbiyəsini, nəyə güldüyündən ağıl səviyyəsini anlarsan.
8. Bizi bilən bilir, bilməyən də özü kimi bilir.
9. Dilini tərbiyə etmədən əvvəl ürəyini tərbiyə et; çünki söz ürəkdən gəlir, dildən çıxır.
10. Eyni dildə danışan insanlar deyil, eyni duyğuları paylaşanlar bir-birini başa düşərlər.
11. Görünüşə aldanma; çünki heç bir şey göründüyü kimi deyil. Bu gün həyat verən su, sabah sizi öldürə bilər.
12. Gözəllik baxdığın şeydə deyil, baxışda olmalı. Üz, gözün gördüyü deyil, könül gözüylə gördüyündür gözəl olan.
13. Hirs külək kimidir, bir müddət sonra dayanır; amma bir çox budaq qırılmışdır artıq.
14. İçdəki kiri su yox, göz yaşı yuyar.
15. Kitablardan əvvəl özümüzü oxumağa çalışmalıyıq.
16. Küsmək və incimək üçün bəhanələr axtarmaq yerinə, sevmək və sevilmək üçün çarələr axtarın...
17. Qarğa gül bağçasında gəzməklə bülbül olmaz.
18. Məni bir mən bilirəm, bir də yaradan. Mənə bir mən lazımam, bir də anlayan.
19. Nə qədər insan gördüm ki, əynində libası yox,
Nə qədər libas gördüm ki, içində insan yox...
20. Sev səni sevəni -dağda çoban olsa da, sevmə səni sevməyəni -Misirdə sultan olsa da!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.