Estoniya rus dilindən imtina edir
Estoniyanın Ədliyyə və Rəqəmsal Texnologiyalar Nazirliyi büdcəyə qənaət səbəbindən qanunların rus dilinə tərcüməsinin dayandırıldığını elan edib.
Bu barədə avqustun 30-da Estoniyanın Postimees nəşri məlumat yayıb.
Qəzet yazır: “Ədliyyə və Rəqəmsal Texnologiyalar Nazirliyi pula qənaət etmək üçün qanunların rus dilinə tərcüməsini dayandıracaq”.
Nəşrin məlumatına görə, Estoniyanın ədliyyə və rəqəmsal texnologiyalar naziri Liisa Pakosta qeyd edib ki, indi yalnız ölkə hökumətinin rəsmi nəşri Riigi Teatajada eston dilində dərc edilmiş hüquqi aktlar qüvvədə olacaq.
Aydınlaşdırılır ki, Estoniyanın 200-ə yaxın mövcud qanunları rus dilinə tərcümə edilib və daim yenilənir. İndiyədək onların yenilənməsinə ildə 12,9 min avro xərclənib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.