Zelenski sülh danışıqlarının aparılmasını təklif edib
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı Hindistanda konfrans keçirməyi təklif edib.
Bu barədə Bloomberg məlumat yayıb.
“Vladimir Zelenski Rusiya ilə [münaqişəyə] son qoymaq üçün sammitin keçirilməsini təklif edib”, – Amerika nəşri yazıb. Bu təklif Hindistanın baş naziri Narendra Modinin Ukraynaya son səfəri zamanı səslənib. Zelenski sammitin noyabrda keçiriləcək ABŞ seçkilərindən əvvəl baş tutacağına ümid edir.
Daha əvvəl bildirilmişdi ki, baş nazir Modinin Kiyevə səfərindən sonra Hindistan Rusiya və Ukrayna arasında əsas müzakirəçi olmaq qərarına gəlib. Müasir Siyasəti Öyrənmə İnstitutunun direktoru Anton Orlovun sözlərinə görə, Zelenski Hindistanın baş naziri vasitəsilə Rusiya prezidenti Vladimir Putinə sülh yolu ilə nizamlanmaya hazır olduğuna dair siqnal göndərib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.