Egey dənizində təxminən 100 ton ölü balıq toplandı
Volos şəhəri yaxınlığında naməlum səbəblərdən kütləvi şəkildə balıq ölümü baş verib.
Maqnisiya vilayəti və Sporades adaları qubernatorunun müavini Anna-Mariya Papadimitriu telekanala bildirib ki, “Artıq 100 tona yaxın ölü balıq yığılıb və onlar regionla razılaşdırılaraq müəssisədə yandırılacaq”. Ekoloji problemin öhdəsindən gəlmək üçün səlahiyyətlilər Volos çimərliyini ölü balıqlardan qorumaq üçün dənizə xüsusi tor da çəkdilər.
Mütəxəssislərin fikrincə, söhbət süni Karli gölünün ərazisindən Paqasitikos körfəzinə gətirilən milyonlarla ölü balıqdan gedir, onların ölüm səbəbi hələ dəqiq bilinmir. Ehtimal olunur ki, şirin su balıqları dəniz suyuna düşərək ölüb. Ölü balıqlara görə su qırmızıya çevrildi.
Volos şəhərinin meri Axilleas Beos bildirib ki, qoxunun balığın ölümünə görə dözülməz hala gəlib. O, çürüyən balıqların ərazidə yaşayan digər balıq növləri üçün ekoloji təhlükə yarada biləcəyini vurğulayıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.