Ermənistan Konstitusiyaya dəyişiklik etməyi planlaşdırır
Yeni razılaşmanın nəticəsi olaraq, Ermənistanda konstitusiya islahatları ilə bağlı referendumun 2027-ci ildə keçirilməsi nəzərdə tutulub.
Bunu hökumətin iclasından sonra jurnalistlərlə söhbətində ədliyyə naziri, Konstitusiya İslahatları Şurasının rəhbəri Qriqor Minasyan deyib.
Nazir əmin edib ki, konstitusiya islahatları prosesi öz yolu ilə gedir. Yay dövrü ilə əlaqədar 3 ay ərzində Konstitusiya İslahatları Şurasının iclasları daha az intensiv keçirilib.
“Yeni razılaşmanın nəticəsi olaraq konstitusiya referendumu 2027-ci ilə təyin edilib. Bu o deməkdir ki, biz bu mürəkkəb sənəd üzərində ətraflı şəkildə, ictimai müzakirələrlə, həmçinin fövqəladə vəziyyətdə deyil, bütün mütəxəssislərlə işləyəcəyik”, - deyə Minasyan bildirib.
Şuranın sonuncu iclası 20 gün əvvəl olub, növbəti iclas sentyabrın 5-də baş tutacaq. Daniel İoannisyanın təqdim etdiyi məsələ müzakirə olunacaq.
Konstitusiya İslahatları Şurası 2022-ci ilin yanvarında baş nazir Nikol Paşinyanın qərarı ilə yaradılıb. Şura konstitusiya islahatları konsepsiyasının layihəsini hazırlayıb Baş Nazirin Aparatına təqdim etməlidir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.