Qulu Meherremli:
Rəsulzadənin bioqrafiyasını yazmaq üçün çox zəhmət sərf edib… Allah rəhmət eləsin!
Esmira Cəfərova:
Çox acı bir xəbər.....yaxşıları itirə- itirə gedirik.
Məkanı cənnət olsun.
İdris Şükürlü:
Nəsiman Yaqublunun ölümü inandırıcı deyil.Axı, o hələ çox söz sahibi idi.
Elm aləmimin bir xanəsi, jurnalistikanın səfi düşdü, pozuldu.
Allah yaxınlarına səbir versin, ruhu inciməsin...
Mərziyyə Həsənova:
Allah məkanını rahat etsin dəyərli alim.Allah dərgahlnda həqiqi alimlərin məqamı ucadır
Səadət Sultan Abbasova:
Savadlı insanın - alimin qəza nəticəsində dünyadan köçməyi adama lap pıs təsir edir. Allah rəhmət eləsin.
Ələkbər Əsgərov:
Çox heyif. Allah rəhmət eləsin. Millətimiz üçün böyük itkidir.Allah yaxınlarına səbr versin.
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.
Elman Eldaroğlu:
Haqqa qovuşan alim…
Bu dünyada əbədi yaşayacaq kimsə yoxdur. Hər kəsin öz möhləti var və bu möhlət necə deyərlər, fərqi yox, ya vəlvələdən, ya zəlzələdən başa çatdısa- əlvida!..
Tarixçi alimlər iki çür olurlar- hadisələrə öz mülahizə və düşüncələrini qatıb, qələmə alanlar və hadisələri olduğu kimi təqdim edənlər. Birincilərin kitablarını oxuyarkən biz tarixi hadisələrə onların düşüncəsindən boylanırıq, ikincilərin vasitəsi ilə isə heç bir rəng qatılmadan, hadisələrlə çılpaqlığı ilə tanış oluruq və olaylara dəyər vermək oxucunun öz səviyyəsindən asılı olur. Nəsiman Yaqublu tarixi hadisələri olduğu kimi oxucuya çatdırmağa çalışan alimlərimizdən idi...
O, 1962-ci ildə dünyaya gəlmişdi. Zəngilan rayonunda orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdu. 1983-cü ildə təhsilini davam etdirmək üçün Rusiyaya gedərək, Sankt-Peterburq Universitetinin Jurnalistika fakültəsində oxumuşdu. 1986-cı ildə Sankt-Peterburq Universitetini bitirdikdən sonra Bakıya qayıdıb "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışmışdı.
1990-cı ildə stalinizmin azərbaycanlı qurbanları haqqında "Ağrılı ömürlər" kitabını, 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcısı olan M. Ə. Rəsulzadə haqqında əsərini nəşr etdirib. 1992-ci ildə Xocalı faciəsi haqqında "Xocalı qırğını" kitabını ərsəyə gətirib və 30 000 tirajla çap etdirib. Mətbuat tarixi və jurnalistika ilə bağlı da bir çox kitabın müəllifidir. Sonuncu kitabı- "Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası" olub...
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi. Hacı Zeynalabdin Tağıyev adına Milli Mükafatın və Həsən bəy Zərdabi Mükafatının laureatıydı. Tarixi və publisistik yazıları Azərbaycanda, Türkiyədə və Polşada çap edilib.
1993-cü ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində baş müəllim vəzifəsində çalışırdı…
...Daim axtarışda idi. Rusiya, Türkiyə və Avropa arxivlərində tədqiqatlarını yorulmadan davam etdirirdi. 30 ildən çox olardı ki, özünü M.Ə.Rəsulzadə irsinin tədqiqinə həsr etmişdi. Demək olar ki, hər il bir kitabla oxucularının görüşünə gəlirdi...
Bəli, bu dünyada Nəsiman Yaqublu adında bir alim vardı. Bizi tərk edib haqqa qovuşdu. Gedənə rəhmət diləyərlər…
Başın sağ olsun, Azərbaycan!
Elman Eldaroğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.