Ərdoğan müxalifət liderini məhkəməyə verib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ən böyük müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputat Tuncay Özkanı məhkəməyə verib, ona dəyən mənəvi zərərin ödənilməsini tələb edib.
Bu barədə Türkiyə liderinin vəkili Hüseyn Aydın X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
CHP-nin İzmir millət vəkili Tuncay Özkanın prezidentə ünvanladığı əsassız və yersiz ifadələri ilə bağlı 250 min türk lirəsi (TL) mənəvi təzminat tələbi ilə bağlı iddia qaldırılıb.
Qeyd olunur ki, dövlət başçısını təhqir etmək ittihamı ilə Ankara prokurorluğuna da bəyanat verilib.
Ərdoğan mütəmadi olaraq opponentlərini məhkəməyə verir və o, məhkəmələrdə qazandığı pulları xeyriyyə işlərinə bağışlayır.
Bundan əvvəl Ərdoğan bildirib ki, Ankara Türkiyə parlamentində çıxış etməkdən imtina edən Fələstin Milli Administrasiyasının lideri Mahmud Abbasdan üzrxahlıq gözləyir. Ərdoğan Türkiyə tərəfinin Fələstin rəhbərinin səfərini gözlədiyini, lakin o, gəlmədiyini vurğulayıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.