COP29 ilə bağlı 15 saxta informasiya resursu müəyyən edilib
Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti COP29 ilə bağlı saxta səhifələrlə bağlı xəbərdarlıq edir.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin saytında məlumat verilib.
Qeyd olunur ki, bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) üzv ölkələrin 29-cu Konfransı ərəfəsində bu hadisə ilə bağlı daha çox saxta resurslar peyda olur. Onların bəziləri informasiya manipulyasiyasına yönəlib, qalanları sosial şəbəkələrdə COP29 çərçivəsində guya vakansiyaların açılması barədə elanlar yerləşdirən, müxtəlif biznes platformalarında və iş axtarışı saytlarında saxta məlumatlar dərc edən kiber fırıldaqçılar tərəfindən yaradılıb.
Dövlət xidməti bildirir ki, COP29 Təhlükəsizlik İdarəetmə Mərkəzi ilə birlikdə ölkədə bloklanan 15 saxta informasiya resursu müəyyən edilib.
Qurum vətəndaşları yalnız rəsmi mənbələrə etibar etməyə çağırır: “Vətəndaşları yalnız rəsmi mənbələr tərəfindən verilən məlumatlara etibar etməyə, müxtəlif sosial şəbəkələrdə yayılan saxta məlumat kampaniyalarına qarşı diqqətli olmağa çağırırıq”.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.